Nigar Alimova Bakıda vətəndaşları qəbul edəcək
Sabah İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova qurumun inzibati binasında (Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 135 ünvanında) Bakı şəhərindən olan vətəndaşları qəbul edəcək.
"Sizinxeber.az" Dövlət Xidmətinə istinadən xəbər verir ki, saat 11:00-dan etibarən keçiriləcək qəbulda vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.
Qəbula gəlmək istəyənlər (012)-5108430 (daxili:7265) və 055 3036127 nömrəli telefonlarla, həmçinin, və elektron ünvanları vasitəsilə müraciət etməklə qeydiyyatdan keçə bilərlər.
Oxşar xəbərlər
Nigar Alimova Ucarda vətəndaşları qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
