Əraqçi Livanda atəşkəs əldə olunmasını ABŞ ilə danışıqların əsas şərti hesab edir
sizinxeber.az xəbər saytı

Əraqçi Livanda atəşkəs əldə olunmasını ABŞ ilə danışıqların əsas şərti hesab edir


İranın xarici işlər naziri Abbas Əraqçi Livanla atəşkəsin əldə olunmasının ABŞ ilə danışıqlar üçün həlledici şərt olduğunu bəyan edib.

"Report" xəbər verir ki, bu barədə "Axios"un jurnalisti Barak Ravid mənbəyə istinadən "X" sosial şəbəkəsində məlumat paylaşıb.

Məlumata görə, Əraqçi ABŞ ilə danışıqlar aparmaq üçün İsveçrəyə getməyi planlaşdırır, lakin İsrail və Livanın atəşkəs barədə razılığa gəlib-gəlməyəcəyindən asılı olaraq vəziyyət "hələ də dəyişə bilər".

Ravidə danışan mənbələr vurğulayıblar ki, İran tərəfi İsveçrə səfərindən əvvəl Livandakı hərbi əməliyyatların dayandırılmasına nail olunmasında israr edir.

Daha əvvəl Ravid bildirib ki, danışıqlarda ABŞ-ni ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner təmsil edəcəklər.

Oxşar xəbərlər

AP İsveçrədə keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqlarının ləğvinin səbəbini açıqlayıb
KİV: Uitkoff İranla danışıqlarda iştirak etmək üçün İsveçrəyə yollanır
İran XİN başçısı ABŞ ilə nüvə sazişi üzrə danışıqlar aparmaq üçün Romada səfərdədir
KİV: Omandakı danışıqlarda İranı Əraqçi, ABŞ-ni isə Uitkoff təmsil edəcək
İranın XİN rəhbəri Putinlə Moskvada görüşməyi planlaşdırır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər