Nigar Alimova Ucarda vətəndaşları qəbul edib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova Ucarda Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonlarının sakinlərini qəbul edib.
"Sizinxeber.az" Dövlət Xidmətinə istinadən xəbər verir ki, qəbulda 67 vətəndaş iştirak edib.
Qəbula gələnlər daşınmaz əmlakların, o cümlədən torpaq sahələrinin qeydiyyatı, kadastrı, sərhədlərinin dəqiqləşdirilməsi, torpaqların təyinatının dəyişdirilməsi, mülkiyyətçilərə onlara məxsus torpaqların naturada (yerində) tanıdılması, islahat zamanı ayrılmış pay torpaqlarının qeydiyyatında qarşıya çıxan uyğunsuzluqların aradan qaldırılmasına və dürüstləşdirilmə işlərinin sürətləndirilməsinə dəstək göstərilməsi və digər məsələlər barədə müraciət ediblər.
Qəbulda qaldırılan bəzi məsələlər həllini tapıb, araşdırılması tələb olunan müraciətlərə mütəxəssislərin iştirakı ilə yerində baxılması qərara alınıb, qanunvericiliyin tələbləri izah olunub.
Oxşar xəbərlər
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədri Şirvanda vətəndaşları qəbul edib
Nigar Alimova: "Sənədsiz evlərlə bağlı problemlərin həlli istiqamətində çalışırıq"
Azərbaycanda daşınmaz əmlakla bağlı portal istifadəyə veriləcək
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin gəlirləri və xərcləri artıb
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri auditor seçir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












