Şəkidə suvarma mövsümü yekunlaşıb, dağ çaylarında mühafizə tədbirləri görülür
Şəkidə sel təhlükəli dağ çaylarından olan Kiş çayında mövcud daş-beton bəndlərdə cari təmir işləri aparılıb.
Bu barədə “Sizinxeber.az”un Şimal-qərb bürosuna Şəki Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən məlumat verilib.
Bildirilib ki, dövlət proqramına müvafiq olaraq Kiş çayda dövlət vəsaiti hesabına 2023-cü ildə 955 p/m uzunluğunda beton mühafizə bəndi tikilib, 2024-cü ildə isə Şin çayda Baş Göynük kəndinin mühafizəsi məqsədi ilə 1600 p/m uzunluğunda beton bəndlərin tikilməsi nəzərdə tutulub. Bundan başqa, çay məcralarında texnikalar vasitəsilə məcra təmizləmə işləri də həyata keçirilir.
İdarə selə qarşı mübarizə tədbirləri ilə yanaşı rayonunun 38 980 ha suvarılan torpaqlarına xidmət edir. İdarənin xidmət sahəsinə daxil olan suvarma sistemləri əsasən dağ çaylarının qidalandırdığı sistemlərdir. Bu sistemlərin əsas mənbəyi Şin çay, Kiş çay, Küngüt çay, Əyriçay, Əliçan çay, Daşağıl çay, artezian, subartezian və qaynama sularıdır. Əkin sahələrinin su təminatına 989,3 km uzunluğunda kanallar vasitəsi ilə xidmət olunur. Bundan 173,9 km təsərrüfatlararası, 815,4 km- i təsərrüfatdaxili kanallardır. Kanallar üzərindəki 975 ədəd hidrotexniki qurğular istismar olunur.
Qeyd edək ki, idarə tərəfindən növbəti suvarma mövsümünün mütəşəkil aparılması üçün əsaslı və cari təmir işləri həyata keçirilir. Belə ki, Şəki rayonunun 7 kəndinin 6 000 ha yaxın əkin sahəsini suvarma suyu ilə təmin edən ümumi uzunluğu 28 km olan “Dəhnə beton” kanalın bu ilə kimi 13 km-də əsaslı təmir işləri aparılıb. 2024-cü ildə kanalın 1 km-də əsaslı təmir işlərinin aparılması nəzərdə tutulub.
Oxşar xəbərlər
Qaxda selə qarşı tədbirlər gücləndirilib, dağ çaylarında mühafizə işləri görülür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Oğuzda selin yaratdığı fəsadlar aradan qaldırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəbələdə selin yaratdığı fəsadlar aradan qaldırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zaur Mikayılov Sabirabadda vətəndaşlarla görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakının Atatürk prospektinin bir hissəsi təmir olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












