Ət bazarında bahalaşma riski - Video
Azərbaycanda iri və xırdabuynuzlu heyvanların sayında ciddi azalma müşahidə olunur. Statistik göstəricilərə əsasən, 2025-ci illə müqayisədə iribuynuzlu mal-qaranın sayı 0.9% azalıb. Son 10 ilin dinamikasına nəzər saldıqda isə xırdabuynuzlu heyvanların sayında 20-25%, iribuynuzlu heyvanlarda isə 7-8% azalma qeydə alınıb.
Sizinxeber.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.
Mütəxəssislər və təsərrüfat sahibləri bu azalmanın bir neçə əsas səbəbinin olduğunu bildirirlər:
- Yem bazasının və otlaq sahələrinin azalması: Təbii otlaq sahələrinin azalması və keyfiyyətli yemə olan tələbatın ödənilməməsi fermerləri çətin vəziyyətdə qoyur.
- Yemlərin bahalaşması: Arpa və otun qiymətindəki artım yem rasionunu bahalaşdırır.
- Yemlərdə keyfiyyətsiz qatqılar: Fermerlər bəzi hallarda yemlərə daş tozu və digər qatqıların vurulduğunu, bunun da heyvanların tələf olmasına səbəb olduğunu bildirirlər.
- Erkən kəsim: Heyvanların tam böyümədən, xüsusilə, damazlıq üçün yararlı olan dövrdə kəsimə göndərilməsi sürünün gələcəkdə azalmasına yol açır.
İqtisadçı Xalid Kərimli qeyd edib ki, əhalinin ətə olan tələbatının 25% civarında artdığı bir dövrdə mal-qaranın sayının azalması qiymət artımını labüd edir.
Milli Məclisin deputatı Aydın Hüseynov isə bildirib ki, damazlıq heyvanların qorunması, fermerlərə dəstəyin artırılması və kəsim məntəqələrində nəzarətin gücləndirilməsi vacibdir. Onun sözlərinə görə, erkən yaşda və çəkisi az olan heyvanların kəsiminin qarşısı alınmalıdır.
Oxşar xəbərlər
Qubada onlarla xırdabuynuzlu heyvan tələf olub
Məcnun Məmmədov: "Son 5 il ərzində heyvanların sayında azalma müşahidə olunur"
Nazirlik: Heyvanların aşağı çəkidə kəsilməsi ət istehsalına mənfi təsir göstərir
Azərbaycana ət və süd tələbatını ödəmək üçün lazım olan damazlıq heyvan sayı açıqlanıb
Azərbaycanda ət və ət məhsulları niyə bahalaşır? - Audit
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
