Qazaxıstanın maliyyə naziri Orta Dəhlizin inkişafını EDB üçün yeni imkanlarla əlaqələndirib
sizinxeber.az xəbər saytı

Qazaxıstanın maliyyə naziri Orta Dəhlizin inkişafını EDB üçün yeni imkanlarla əlaqələndirib


Avrasiya İnkişaf Bankı (EDB) Monqolustanın bankın iştirakçıları sırasına qatılmasının mümkünlüyü bağlı əsaslı məsləhətləşmələrə başlayıb.

"Sizinxeber.az"un Almatıya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Qazaxıstanın maliyyə naziri, Bank Şurası sədrinin müavini Madi Takiyev EDB-in illik toplantısı və biznes-forumu çərçivəsində keçirilən "Avrasiya 2030+: investisiyalar, artım və yeni imkanlar" adlı plenar sessiyada bildirib.

Onun sözlərinə görə, bank əməkdaşlıq coğrafiyasını genişləndirməyə davam edir: "Bu il Oman Sultanlığının EDB-yə qoşulması gözlənilir. Eyni zamanda, Monqolustanla danışıqlara başlanılıb. Bankın xarici nümayəndəliklər şəbəkəsi genişlənir ki, bu da bütün iştirakçıların maraqlarına uyğun olaraq şəffaf layihələrin həyata keçirilməsi üçün yeni üfüqlər açır".

M.Takiyev, qarşıdan gələn onillikdə EDB-nin regionun əsas inkişaf institutlarından biri kimi öz mövqelərini gücləndirə biləcəyinə əminliyini ifadə edib: "Bankın qarşısında iddialı bir vəzifə durur - Avrasiyanın iqtisadi inkişaf vektorunu müəyyən edən aparıcı platforma olmaq".

Qeyd edək ki, EDB Azərbaycanın da bu banka qoşulmasının mümkünlüyü ilə bağlı məsləhətləşmələr aparır. Bu proses çərçivəsində EDB-nin nümayəndə heyəti 2025-ci ildə Bakıda rəsmi səfərdə olub.

Nəqliyyat gündəliyindən danışan M.Takiyev bildirib ki, Orta Dəhlizin inkişafı və onun "Bir kəmər, bir yol" təşəbbüsü ilə uzlaşdırılması Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat marşrutlarının potensialının açılması üçün əlavə imkanlar yaradır: "Bu istiqamətlər üzrə bir sıra iri investisiya layihələri, o cümlədən EDB və digər beynəlxalq maliyyə institutlarının iştirakı ilə həyata keçirilir".

Oxşar xəbərlər

Qazaxıstanın Baş naziri: "İnvestisiya və texnologiyalar uğrunda rəqabət Avrasiya regionunun əhəmiyyətini artırır"
Avrasiya İnkişaf Bankı Azərbaycanda bəzi layihələri maliyyələşdirə bilər
EDB Azərbaycanın onun səhmdarları sırasına daxil olacağına ümid edir
Monqolustan CAREC-ASEAN regionunda kapital bazarlarının inkişafı təşəbbüsünə rəhbərlik etməyə hazırdır
Səmərqənddə AİB-nin Rəhbərlər Şurasının illik toplantısı başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər