Monqolustan CAREC-ASEAN regionunda kapital bazarlarının inkişafı  təşəbbüsünə rəhbərlik etməyə hazırdır
sizinxeber.az xəbər saytı

Monqolustan CAREC-ASEAN regionunda kapital bazarlarının inkişafı təşəbbüsünə rəhbərlik etməyə hazırdır


Monqolustan CAREC-ASEAN regionunda kapital bazarlarının inkişafı təşəbbüsünə rəhbərlik etməyə hazırdır.

"Report"un Səmərqəndə ezam olunmuş müxbirinin məlumatına görə, bu barədə Monqolustanın maliyyə nazirinin müavini Hulan Bat-Erdene Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 59-cu İllik Toplantısı çərçivəsində kapital bazarlarına həsr olunmuş seminarda bildirib.

"CAREC-ASEAN regionunda biz daim iqtisadi artımdan, potensialdan, eləcə də iqtisadiyyatın şaxələndirilməsindən danışırıq. Buna görə də mən kapital bazarına rifahın bölüşdürülməsinin maksimal dərəcədə ədalətli və şəffaf mexanizmi kimi baxıram. Bu həm də yalnız fiskal tədbirlər, büdcə vəsaitləri və ya adi kreditləşmədən deyil, bazar alətlərindən istifadə etmək hesabına iqtisadi potensialı üzə çıxarmaq üsuludur. Bu baxımdan, kapital bazarı nəhəng imkanlar açır və Monqolustan bu təşəbbüsə rəhbərlik etməyə hazırdır", - deyə nazir müavini bildirib.

Oxşar xəbərlər

AİB-nin vitse-prezidenti: Dərin kapital bazarları olmadan CAREC-in potensialı məhdud olaraq qalacaq
Səmərqənddə AİB-nin Rəhbərlər Şurasının illik toplantısı başlayıb
Növbəti CAREC forumu Almatıda keçiriləcək
Ruslan Xəlilov: "Kapital bazarı yalnız vergi güzəşti ilə inkişaf edə bilməz"
AMB "Kapital bazarları" haqqında qanunvericilik paketi hazırlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər