EDB Azərbaycanın onun səhmdarları sırasına daxil olacağına ümid edir
Avrasiya İnkişaf Bankı (EDB) bankın səhmdarlarının sayının artmasına ümid edir və Azərbaycan onlardan biri ola bilər.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə EDB-nin idarə heyətinin sədri Nikolay Podquzov mətbuat konfransında bildirib.
N.Podquzov yeni iştirakçıların cəlb edilməsi yolu ilə EDB-nin təbii artımının zəruriliyini qeyd edib:
"Biz banka yeni iştirakçıların cəlb edilməsi üzrə fəaliyyətimizi gücləndirmək istəyirik. Avrasiya regionunda fəaliyyət göstərən bank olaraq görürük ki, ilk növbədə regiondakı qonşu ölkələr namizəd ola bilər. Aydındır ki, Türkmənistan, Monqolustan və ya Azərbaycan kimi ölkələr bankın həqiqi tərəfdaşları ola bilərdi. Yaxın Şərq ölkələri Mərkəzi Asiya regionuna investisiya yatırmaqda maraqlıdırlar".
EDB-nin sədri əmindir ki, yeni namizədlər gələn il elan oluna bilər.
"Danışıqlar prosesinin hər hansı konkret nəticələri ilə bağlı hələlik məlumat verməyə hazır deyiləm. Lakin əminəm ki, 2025-ci ildə biz banka daxil olacaq yeni namizəd ölkələr barədə daha məlumatlı danışa biləcəyik və coğrafi fəaliyyətimizi genişləndirəcəyik", - N.Podquzov bildirib.
Qeyd edək ki, EDB-nin nizamnamə kapitalı 7 milyard ABŞ dolları olan beynəlxalq inkişaf bankıdır. Bankın səhmdarları 6 ölkədir. Özbəkistan isə banka qoşulma prosedurunu tamamlayır.
Oxşar xəbərlər
Tacikistan rəsmisi: “Avrasiya Nəqliyyat Marşrutu regionda yükdaşımaların həcmini artıracaq"
Özbəkistanın ekologiya naziri: COP29 əvvəllər nail olunmamış hədəflərə çatmaq üçün şansdır
"Azərbaycan Sənaye Bankı"nın rəhbərliyinə yeni təyinatlar olub
"Azərbaycan Beynəlxalq Bankı"nın yeni səhmlərinə tələb təklifdən 35 % az olub
“Bank Avrasiya”nın səhmdarları dəyişib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
