Yaponiyada 6,9 maqnitudada zəlzələ baş verib
sizinxeber.az xəbər saytı

Yaponiyada 6,9 maqnitudada zəlzələ baş verib


Yaponiyanın şimal-şərqində 6,9 maqnitudada zəlzələ qeydə alınıb.

"Sizinxeber.az"un xəbərinə görə, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Sakit Okeanda, İvate prefekturasının şərqində, ocağı 50 kilometr dərinlikdə yerləşib.

Əvvəlcə sunami xəbərdarlığı edilsə də, xəbərdarlıq bir neçə dəqiqə sonra ləğv edilib. Tələfat və ya dağıntı barədə məlumat verilmir. Sakinlərə mümkün təkrar təkanlar barədə xəbərdarlıq edilərək ayıq-sayıq olmağa çağırılır.

Zəlzələ və onun nəticələri barədə məlumat toplamaq və təhlil etmək üçün Yaponiya Baş naziri Sanae Takaiçinin Dəftərxanası yanında təcili qərargah yaradılıb. Həmçinin bildirilir ki, yerli enerji şirkətləri də zəlzələnin yerli nüvə obyektlərində hər hansı fövqəladə vəziyyətə səbəb olub-olmadığını araşdırır.

Oxşar xəbərlər

Çilidə 6,4 maqnitudada zəlzələ olub
Kolumbiyada 6,8 maqnitudada zəlzələ olub
Yaponiya sahillərində 5,8 maqnitudada zəlzələ olub
Yaponiyanın cənub-qərbində 5,3 maqnitudada zəlzələ baş verib
ABŞ-də 7 maqnitudada zəlzələ olub, sunami xəbərdarlığı edilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər