Sənədsiz evlər problemi: Yüzlərlə ailə çıxarış gözləyir
sizinxeber.az xəbər saytı

Sənədsiz evlər problemi: Yüzlərlə ailə çıxarış gözləyir


Binəqədi qəsəbəsində illərdir həllini tapmayan qeydiyyatsız evlər problemi yüzlərlə ailəni narahat edir.

Sizinxəbər.Az AzTV-yə istinadən xəbər verir ki, sakinlər yaşadıqları evlərin böyük əksəriyyətinin çıxarışının olmamasından şikayətlənirlər.

Qanunsuz tikilən yaşayış massivlərində minlərlə ailə hüquqsuz yaşayır. Sakinlərin əsas tələbi yaşadıqları evin qanuni sahibi olmaqdır.

Problemlə bağlı danışan bir sakin bildirib: "Məhəllədə heç kimdə qeydiyyat vəsiqəsi yoxdur. Hamımızın evi qeydiyyatsızdır. Çox istəyərdik qeydiyyata düşək".

Sənədsiz evlər məsələsi Binəqədi qəsəbəsində ciddi narazılıq yaradır və vətəndaşlar bu problemin tezliklə həll olunacağını ümid edirlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Oxşar xəbərlər

Sənədsiz evlərin taleyi: "Qanunvericilik dəyişməlidir ki, çıxarış verilsin"
Parlamentin komitə iclasında sənədsiz evlər problemi qaldırılıb
Deputat: Bakıda sənədsiz evlərin sayı 500 mindən çoxdur
Komitə sədri: Ölkədə sənədsiz evlərin bir çoxu kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər