Xankəndi, Xocalı və Ağdərə məktəblərində "Son zəng" çalınıb
sizinxeber.az xəbər saytı

Xankəndi, Xocalı və Ağdərə məktəblərində "Son zəng" çalınıb


Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında fəaliyyət göstərən ümumtəhsil məktəblərində 2025–2026-cı tədris ilinin başa çatması münasibətilə iyunun 13-də "Son zəng" tədbirləri keçirilib.

"Sizinxeber.az"a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu il Xankəndi şəhərindəki 4 nömrəli tam orta məktəbindən 32, Xocalının Ballıca kənd tam orta məktəbindən 15, Xocalı şəhər 1 nömrəli tam orta məktəbindən isə 6 şagird məzun olub.

Ağdərə rayonunda fəaliyyət göstərən Vəngli tam orta məktəbində 3, Həsənriz tam orta məktəbində isə 4 şagird məktəbi başa vuraraq məzun adını qazanıb.

"Son zəng" tədbirlərində işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri çərçivəsində müasir təhsil infrastrukturunun yaradıldığı, yeni məktəb binalarının tikildiyi, mövcud təhsil ocaqlarının əsaslı təmir və bərpa olunduğu, dövlət tərəfindən şagirdlərin keyfiyyətli təhsil alması üçün hər cür şərait yaradıldığı vurğulanıb.

Oxşar xəbərlər

Xankəndidə 37 ildən son zəng çalınıb
Bu ərazilərdə ilk dəfə buraxılış imtahanı keçiriləcək
Xankəndidə ilk dəfə 21 abituriyent üçün qəbul imtahanı keçiriləcək
Xankəndidə daha bir orta məktəb və uşaq bağçası istifadəyə veriləcək
Xankəndi, Xocalı və Ağdərədə qanunsuz tikililər sökülür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər