Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələr baş tutub
sizinxeber.az xəbər saytı

Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələr baş tutub


Vilnüs şəhərində Azərbaycan və Litva Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Sizinxeber.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Litva nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Audra Plepite rəhbərlik edib.

Məsləhətləşmələr zamanı Azərbaycan ilə Litva arasında mövcud siyasi münasibətlərin cari vəziyyəti geniş şəkildə müzakirə olunub və müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin davamlı xarakter daşımasının əhəmiyyəti vurğulanıb.

Məsləhətləşmələr çərçivəsində ticarət-iqtisadi, humanitar, elm və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib. Eyni zamanda, Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan strateji enerji və nəqliyyat layihələri kontekstində əməkdaşlığın gələcək perspektivləri dəyərləndirilib.

Daha sonra, müqavilə-hüquq bazasının genişləndirilməsi istiqamətində mövcud planlar ətrafında fikir mübadiləsi aparılıb.

Beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin və qarşılıqlı fəaliyyətin davam etdirilməsi və namizədliklərin qarşılıqlı dəstəklənməsi məsələlərinə diqqət yönəldilib.

Tərəflər regiondakı mövcud vəziyyət, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi, eləcə də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa, yenidənqurma və mina təhlükəsinin aradan qaldırılması istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparıblar.

Bununla yanaşı, qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər də müzakirə olunub.

Səfər çərçivəsində F.Rzayev həmçinin Litvanın digər rəsmi şəxsləri ilə işgüzar görüşlər keçirib, eləcə də elmi-tədqiqat mərkəzində deyirmi masa müzakirələrində iştirak edib.

Oxşar xəbərlər

Azərbaycan və Litva XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan və Monteneqro arasında siyasi məsləhətləşmələr baş tutub
Ceyhun Bayramov Litva xarici işlər nazirinin müavini ilə görüşüb
Bakıda Azərbaycan və Lüksemburq arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib
Azərbaycan və Avstriya arasında siyasi məsləhətləşmələr keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər