Qazaxıstan Şərq-Qərb marşrutunun inkişafında Azərbaycana arxalanır
Qazaxıstan Çin, Avropa və Azərbaycandakı layihələr də daxil olmaqla, beynəlxalq dəmir yolu terminalları şəbəkəsini inkişaf etdirməyi planlaşdırır.
"Sizinxeber.az"un Qazaxıstan bürosu "Kazinform"a istinadən xəbər verir ki, bu barədə ölkənin nəqliyyat naziri Nurlan Sauranbayev Senatda keçirilən parlament dinləmələrində bildirib.
Onun sözlərinə görə, xarici terminal infrastrukturunun formalaşdırılması Qazaxıstanın nəqliyyat siyasətinin əsas istiqamətlərindən biridir.
2028-ci ilə qədər yeni terminalların buraxılış qabiliyyətinin ildə 2 milyondan 2,7 milyon konteynerə qədər artırılması planlaşdırılır. Nazir qeyd edib ki, terminal şəbəkəsinin inkişafı Şərq - Qərb istiqamətində tam logistik bağlantını təmin edəcək və Qazaxıstanın tranzit potensialını gücləndirəcək.
Həmçinin bildirilib ki, respublika beynəlxalq marşrutlarda vahid logistik operatorların yaradılması üzərində işləyir.
Oxşar xəbərlər
Qazaxıstanda dəmir yolu ilə tranzit yük daşımalarının 100 milyon tona qədər artacağı gözlənilir
Qazaxıstan 2025-ci ildə Ələt limanında terminalın tikintisinə başlayacaq
Gürcüstan və Qazaxıstan Çin-Avropa nəqliyyat dəhlizi üzrə Azərbaycanla əməkdaşlığın inkişafını müzakirə edib
XİN müavini: "Qazaxıstan TBNM-in inkişafı üçün səy göstərəcək"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib - YENİLƏNİB
-
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb
-
Aİ və Ukrayna üzvlük danışıqlarına rəsmi start verib
-
DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilməyib - YENİLƏNİB-3
-
Pezeşkian: İran regionda yeni şərait yarada bilər
