Şəhid övladları üçün ənənəvi "Məzun Günü" tədbiri təşkil olunub
Şəhid övladları üçün ənənəvi "Məzun Günü" tədbiri təşkil olunub.
"Report" xəbər verir ki, tədbir "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Açılış nitqi ilə çıxış edən "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova məzun olan şəhid övladlarını təbrik edərək onların bu mühüm nailiyyətinin yalnız ailələri üçün deyil, bütün Azərbaycan cəmiyyəti üçün qürur mənbəyi olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov məzun olan şəhid övladlarını təbrik edərək onların göstərdikləri əzmkarlığın və əldə etdikləri uğurların qürurverici olduğunu bildirib.
Tədbirdə iştirak edən dövlət rəsmiləri, millət vəkilləri və ictimai xadimlər də məzun olan gənclərə xoş arzularını çatdırıblar.
Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı, məzun Teymur Həşimovun anası Ofelya Salmanova da çıxışında şəhid ailələrinə göstərilən mənəvi dəstəyin əhəmiyyətindən danışıb və məzunlara gələcək həyatlarında uğurlar arzulayıb.
Rəsmi hissədən sonra tədbir geniş konsert proqramı ilə davam edib. Azərbaycanın tanınmış sənətçiləri və musiqi kollektivləri öz çıxışları ilə məzunlara unudulmaz anlar yaşadıblar.
Oxşar xəbərlər
"Azərlotereya"nın dəstəyi ilə şəhid övladları üçün Avstriyada "Əmanətə Sədaqət" yay düşərgəsi keçirilib
"Azərlotereya"nın dəstəyi ilə şəhid övladları üçün Avstriyada yay düşərgəsi keçirilib - FOTO
Ağdamda Azərbaycan və Türkiyə şəhid ailələrinin iştirakı ilə “Qardaşlıq körpüsü” konfransı keçirilib
Sevinc Orucova: Türkiyəli şəhid ailələrinin üzvləri Qarabağın qəhrəmanlıq dastanı ilə tanış oldular
“Gənclər və Türk Dünyası Mədəniyyəti” adlı tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ İrana zərbələr endirməyə başlayıb
-
DSMF: 5 ayda 4,3 milyard manat pensiya, müavinət, təqaüd və ünvanlı yardım ödənilib
-
ABŞ İranın bir sıra ərazilərinə zərbələr endirib
-
Araz çayında batan məktəblinin meyiti tapılıb
-
Azərbaycan BNF-nin tədqiqat layihəsindən əldə olunacaq təcrübənin ölkədə tətbiqini planlaşdırır
-
İranın Cask şəhərində yeni partlayış səsləri eşidilib
