Türkiyədə MİT və Jandarma sosial şəbəkədə narkotik satanlara qarşı əməliyyat keçirib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
09 
in
2026
11:00
0
0
1 066
ff aaaaaaa

Türkiyədə MİT və Jandarma sosial şəbəkədə narkotik satanlara qarşı əməliyyat keçirib

09 in, 2026
11:00
1 066

Türkiyədə MİT və Jandarma sosial şəbəkədə narkotik satanlara qarşı əməliyyat keçirib

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) və Jandarmanın həyata keçirdiyi əməliyyatda sosial şəbəkə üzərindən narkotik satanlara qarşı əməliyyat keçirib.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin "NTV" kanalı məlumat yayıb.

Bildirilib ki, İstanbulun 17 qəsəbəsində 49, Sakaryada isə 1 nəfər olmaqla cəmi 50 şübhəliyə axtarış prosesi həyata keçirilib və nəzarətə alınıb. Əməliyyatda 43 nəfər şübhəli şəxs tutulub.

Daha 7 nəfər şübhəli şəxsin tutulması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilib.

Şübhəlilərin ünvanlarında həyata keçiriliən əməliyyat axtarış tədbirləri nəticəsində 60 qram heroin, 10 qram kokain, 25 ədəd həb, 26 min euro, 11 min 150 lirə, 2 tapança, 9 fişəng və 2 sursat ələ keçirilib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul