"Express Lombard"ın səhmdarlarının yığıncağı keçiriləcək
sizinxeber.az xəbər saytı

"Express Lombard"ın səhmdarlarının yığıncağı keçiriləcək


İyulun 1-də, saat 11:00-da "Express Lombard" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

"Sizinxeber.az" bu barədə Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sisteminə istinadən xəbər verir.

Məlumata görə, yığıncaq şirkətin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, ev 142, mənzil 43 ünvanında olacaq.

Yığıncağın gündəliyinə "Diadem"in kənar auditdən keçmiş illik maliyyə və idarəetmə hesabatlarının təsdiq edilməsi, eləcə də ümumi məsələlər daxildir.

"Express Lombard" 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Şirkətin səhmdarı 100 % Nicat Həsənovdur. O, həm də "International" ASC bank olmayan kredit təşkilatının İdarə Heyətinin sədridir.

Oxşar xəbərlər

"Merkuri" BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək
"International" BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək
"Rabitəbank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Azərbaycanın kollektor agentliyinin səhmdarlarının yığıncağı keçiriləcək
Azərbaycanın enerji müəssisəsinin səhmdarlarının yığıncağı keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər