ADSEA-nın kollegiyasının tərkibi təsdiq olunub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
04 
avq
2025
18:50

ADSEA-nın kollegiyasının tərkibi təsdiq olunub

04 avq, 2025
18:50
850

ADSEA-nın kollegiyasının tərkibi təsdiq olunub

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin kollegiyasının tərkibi təsdiqlənib.

APA xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin kollegiya üzvlərinin sayı 14 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:

Kollegiyanın sədri

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri

Kollegiyanın üzvləri:

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin birinci müavini

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavinləri

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Aparatının rəhbəri

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Maliyyə və təminat şöbəsinin müdiri

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Hüquq və insan resursları şöbəsinin müdiri

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsin İdarə Heyətinin sədri

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin İdarə Heyətinin sədri

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxsin İdarə Heyətinin sədri

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsin İdarə Heyətinin sədri

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu” publik hüquqi şəxsin İdarə Heyətinin sədri.

Bizimlə əlaqə saxlayın