Dövlət Komitəsi Laçın şəhərinin görüntülərini yayıb - VİDEO
sizinxeber.az xəbər saytı

Dövlət Komitəsi Laçın şəhərinin görüntülərini yayıb - VİDEO


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində hazırlanan Laçın şəhərinin görüntülərini yayıb.

Bu barədə APA-ya Komitənin Mətbuat xidmətindən məlumat verilib.

"Misilsiz zəfər nəticəsində işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın genişmiqyaslı şəkildə aparıldığı rayonlardan biri məhz Laçındır. 44 günlük Vətən müharibəsində əldə edilən tarixi qələbədən sonra sürətli şəkildə aparılan bərpa quruculuq işləri Laçının gözəlliyinə gözəllik qatıb. Azad Laçın, doğma sakinləri ilə birlikdə xoş günlərini yaşayır. Laçında yaradılan yeni iş imkanları – kənd təsərrüfatı, xidmət sahələri, turizm və tikinti sektoru əhalinin sosial rifahını gücləndirir," - məlumatda qeyd olunub.

Oxşar xəbərlər

Dövlət Komitəsi Laçın şəhəri ilə bağlı videoçarx hazırlayıb - VİDEO
Laçınım mənim... - VİDEO
Dövlət Komitəsi Ağalı kəndi ilə bağlı videoçarx hazırlayıb - VİDEO
Ağalı kəndindən VİDEOÇARX
Cəbrayıla qayıdış: yeni başlanğıclar... - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər