WUF13 çərçivəsində ölkəmizdə səfərdə olan xarici media nümayəndələri üçün Şamaxıya mediatur təşkil edilib
21 may 2026-cı il tarixində WUF13 çərçivəsində ölkəmizə səfər edən xarici media nümayəndələri üçün Medianın İnkişafı Agentliyi və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Şamaxıya mediatur təşkil edilib.
APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi məlumat yayıb.
Mediatur çərçivəsində ilk olaraq Azərbaycan ərazisində, bütövlükdə Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidi ziyarət edilib. Qeyd olunub ki, 743-cü ildə inşa edilən məscid əsrlər boyu müxtəlif tarixi sınaqlardan və dağıdıcı zəlzələlərdən keçməsinə baxmayaraq öz tarixi-mədəni əhəmiyyətini qoruyub saxlayıb. Məlumat verilib ki, bərpa prosesi zamanı məscidin tarixi memarlıq üslubu və orijinal elementləri xüsusi həssaslıqla qorunub saxlanılıb.
Media nümayəndələri daha sonra ölkəmizin üzümçülük mədəniyyəti ilə tanış olmaq məqsədilə “Meysəri” şərabçılıq kompleksinə səfər ediblər. Diqqətə çatdırılıb ki, Şamaxının Meysəri kəndinin əlverişli təbii-iqlim şəraiti, illik yağıntı göstəriciləri, temperatur balansı, eləcə də ərazinin müxtəlif hissələrindən götürülən torpaq nümunələrinin analiz nəticələri burada yüksək keyfiyyətli və məhsuldar üzüm sortlarının yetişdirilməsi üçün geniş imkanlar yaradır.
Xarici media nümayəndələri sonda çoxəsrlik dəmirçilik ənənələri ilə zəngin olan Dəmirçilər kəndini ziyarət edərək kəndin tarixi ilə bağlı ətraflı məlumat alıblar. Vurğulanıb ki, Dəmirçi Şamaxının ən qədim kəndlərindən biridir və onun tarixi XV əsrə gedib çıxır, qədimdə Güneyçay adlanan kənddə dəmirçilik sənəti geniş yayıldığı üçün sonralar yaşayış məntəqəsi Dəmirçi adlandırılıb.
Oxşar xəbərlər
Xarici media nümayəndələri üçün Bakının bəzi məkanlarına mediatur təşkil edilib
COP29 çərçivəsində ölkəmizdə səfərdə olan xarici media nümayəndələri üçün mediatur təşkil olunub - FOTO
COP29-da ölkəmizdə səfərdə olan xarici media nümayəndələri üçün Şamaxıya mediatur təşkil olunub
Xarici media nümayəndələri üçün Qobustan Qaya Sənəti Mədəni Landşaftına və Qobustan Palçıq Vulkanlarına mediatur təşkil olunub
Jurnalistlər üçün çay plantasiyasına mediatur təşkil olunub - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
ABŞ Oman körfəzində İrana məxsus tankerdə axtarış aparıb
-
Kazemiro "Mançester Yunayted"dən ayrıldıqdan sonra "İnter Mayami"yə keçməyi planlaşdırır
