Azərbaycanın stolüstü tennisçisi Nihad Məmmədovun adı "Ginnesin Rekordlar Kitabı"na yazılıb
Azərbaycanın stolüstü tennisçisi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Azərbaycan Stolüstü Tennis Federasiyasından (ASTF) "Sizinxeber.az"a verilən məlumata görə, bununla bağlı müvafiq qurumdan rəsmi təsdiq sənədi göndərilib.
Xatırladaq ki, Azərbaycan seçmə komandasının üzvü bu ilin aprel ayında, "Şüa İdman Kompleksi"ndə təşkil olunan mərasimdə, topu uzaq məsafədən oyuna daxil etməkdə qeydə alınan dünya rekordunu yeniləməyə cəhd göstərib.
O, Gənclər və İdman Nazirliyinin, ASTF-nin rəsmilərinin və beynəlxalq dərəcəli hakim Zaur Mikayılovun nəzarəti ilə bu hərəkəti 18.20 metr məsafədən uğurla həyata keçirib.
Qeyd edək ki, sözügedən rekord (17.50) son olaraq türkiyəli Osman Gürcüyə məxsus idi.
Oxşar xəbərlər
Azərbaycanlı stolüstü tennisçi Nihad Məmmədov dünya rekordunu yeniləməyə hazırlaşır
Nihad Məmmədov: "Ginnesin Rekordlar Kitabı"na düşəcəyimə inanıram"
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
“Şahmat klubu” verilişi ən uzunömürlü idman proqramı kimi Ginnesin Rekordlar Kitabına düşüb
ASTF rəsmiləri Beynəlxalq Stolüstü Tennis Federasiyasının 100 illik yubiley sammitində iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
-
İsrail ordusu Livanın cənubunda daha bir zabitini itirib
-
Qurban Qurbanov: "Qarşıdakı ildə ən döyüşkən, ən mübariz, ən cəsarətli komanda biz olacağıq"
