Braziliya rəsmisi: Amazon hövzəsində urbanizasiya narahatlıq doğurur
Amazon hövzəsində urbanizasiya narahatlıq doğurur.
"Sizinxeber.az" xəbər verir ki, bunu Braziliya Şəhərlər Nazirliyinin Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Antonio Da Costa e Silva Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "İqlim cəbhələrindən hekayələr" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, Amazon hövzəsinin əhalisinin 77 %-i şəhərlərdə yaşayır: "Onların bəziləri Belen və Manaus nümunəsində olduğu kimi kifayət qədər böyük şəhərlərdir. Və təəccüblü deyil ki, bütün Latın Amerikasında mövcud olan və Amazon bölgəsində də şübhəsiz ki, istisna təşkil etməyən urbanizasiya problemləri ucbatından, Braziliyada ən çox gecəqondu faizinə sahib şəhərlərdən bəziləri məhz Amazon bölgəsində yerləşir. Belen şəhərindəki yaşayış sahələrində əhalinin 57 %-i gecəqondularda yaşayır. Və düşünürəm ki, Manaus da ondan çox geridə qalmır - əhalinin 55,8 %-ni təşkil edir. Daha sonra, Amazon bölgəsində yerləşən digər iki şəhərdə də gecəqonduların faizi yüksəkdir: Santarem şəhərində təxminən 30 %, Makapada isə təxminən 27 %-dir. Gördüyünüz kimi, Amazon bölgəsində bərabərsizlik və həssaslıq (müdafiəsizlik) yanaşı addımlayır. Və biz urbanizasiya, inklüzivlik və həssaslıq məsələlərini həll etmədən davamlı Amazon bölgəsindən danışa bilmərik".
Oxşar xəbərlər
BMT nümayəndəsi: Şəhər dayanıqlılığı COP 31-in mərkəzində dayanmalıdır
Umayra Tağıyeva: "Qlobal urbanizasiya iqlim risklərini dərinləşdirir"
WSJ: Amazon anbarlarında tezliklə insanlardan daha çox robot olacaq
Ceff Bezos “Amazon”un 2 milyard dollar dəyərində səhmlərini satıb
Bezos “Amazon”un 50 milyona qədər səhmini satmaq niyyətindədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir"
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
-
Azərbaycan Kərkükdə 150 ailəyə bayram sovqatı çatdırıb
-
Aydın Kərimov: Şuşada 900 mənzildən ibarət 3 yeni yaşayış kompleksi gələn il istifadəyə veriləcək
