Batatunde Ahonsi: Şəhər dayanıqlılığı inkişaf üçün ən strateji investisiyalardan biridir
Şəhər dayanıqlılığı böyük xərc tələb etmir, əksinə, bu, davamlı inkişaf üçün ən strateji və ən səmərəli investisiyalardan biridir.
"Sizinxeber.az" xəbər verir ki, bunu BMT-nin Türkiyə üzrə rezident əlaqələndiricisi Batatunde Ahonsi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Şəhər Zəlzələsinə Hazırlığın Gücləndirilməsi Daha Təhlükəsiz və Daha Davamlı Şəhərlər üçün BMT-nin Həlləri" adlı konfransda deyib.
O bildirib ki, vətəndaş cəmiyyəti, akademik dairələr, özəl sektor və xüsusilə zərər çəkmiş icmaların özləri bərpa prosesinin fəal həmtəsisçiləri kimi bu işə cəlb olunmalıdır. Əlbəttə, burada BMT-nin vahid yanaşması da mühüm rol oynayır:
"Birləşmiş Millətlər Təşkilatının ölkə komandası olaraq biz də zərərgörmüş bölgələrdə innovativ koordinasiya mexanizmləri yaradaraq bu yanaşmanı bərpa səylərində praktik şəkildə həyata keçirməyə çalışırıq".
BMT-nin Türkiyə üzrə rezident əlaqələndiricisi qeyd edib ki, Türkiyədə zəlzələdən zərərgörmüş şəhər və qəsəbələrdə olmuş hər kəs bunun nə demək olduğunu real vaxtda, konkret şəkildə görəcək - şəhərlərin fəlakətdən sonra necə tamamilə dəyişə bilir:
"Biz Türkiyədə Qaziantep də daxil olmaqla bir sıra şəhərlərin - Hatay və digər yerlərlə birlikdə, burada olduqları üçün çox minnətdaram - fəlakətdən sonrakı bərpanın iqlim fəaliyyəti və dayanıqlı inkişaf məqsədləri ilə necə uyğunlaşdırıla biləcəyinin qlobal nümunələrinə çevrildiyini görürük".
YENİLƏNİR
Oxşar xəbərlər
BMT nümayəndəsi: Şəhər dayanıqlılığı COP 31-in mərkəzində dayanmalıdır
Adil Karaismailoğlu: Türkiyədə dayanıqlı yaşayış mühitinin yaradılması əsas prioritetlərdəndir
Hüseyn Hüseynov: "Təxminən 50 dövlət proqramı DİM-lərə inteqrasiya edilib"
WUF13-də Xəzər regionunda iqlimə davamlı şəhərlərin qurulması məsələsi gündəmə gəlib
Rafael Vinyol: Ali təhsil müəssisələri davamlı şəhərsalma işində mühüm rol oynayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
-
Azərbaycan Kərkükdə 150 ailəyə bayram sovqatı çatdırıb
-
Aydın Kərimov: Şuşada 900 mənzildən ibarət 3 yeni yaşayış kompleksi gələn il istifadəyə veriləcək
-
ABŞ Senatı ilk dəfə İrana qarşı hərbi əməliyyatlara son qoyulmasına səs verib
