Rossbax: Azərbaycanda yenidənqurma prosesi icmaların fəal iştirakı ilə aparılır
Bu gün biz aydın, konkret məqsədlər və həmçinin UN-Habıtat üçün strateji əhəmiyyət daşıyan bir dövrdəyik. Çünki bu il 2026–2029-cu illəri əhatə edən yeni strateji planımızın ilk ilidir.
APA xəbər verir ki, bunu “WUF13 QHT Forumu: Qlobal tərəfdaşlıqlar və Qərarvermə” tədbirində BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) İcraçı direktoru Anaklaudia Rossbax deyib.
O bildirib ki, bu planın çox dəqiq müəyyən edilmiş prioritetləri var: “Bu hər kəs üçün mənzil təminatının təşviqi, torpağa çıxış imkanlarının genişləndirilməsi, əsas xidmətlərə əlçatanlığın artırılması, qeyri-rəsmi yaşayış məntəqələrinin və həssas ərazilərin transformasiyasıdır. Lakin bu gün biz anlayırıq ki, yalnız evlər tikmək kifayət deyil. Biz işlək sistemlər qurmalıyıq. Biz icmalar, şəhərlər, həmrəylik yaratmalıyıq. Biz yeni bir sosial müqavilə formalaşdırmalıyıq”.
İcraçı direktor qeyd edib ki, qarşıdakı vəzifələr tək bir qurumun öhdəsindən gələ biləcəyi qədər kiçik deyil: “Heç bir qurum nə bu işi tam şəkildə həyata keçirə, nə də lazım olan bütün bilikləri, təcrübələri və baxışları təkbaşına bir araya gətirə bilər. Birlikdə çalışmaq vacibdir. Yerli səviyyədə, şəhər səviyyəsində əməkdaşlıq etməliyik. Şəhərsalma planlarımızın iştirakçılıq prinsipi əsasında hazırlanmasına nail olmalı, yerli səviyyədə müxtəlif sektorları bir araya gətirən sabit və institusional iştirakçı idarəetmə mexanizmləri qurmalıyıq. Eyni zamanda, yerli səviyyə milli səviyyə ilə koordinasiyalı işləməlidir. Mənzil siyasətlərinin və şəhər siyasətlərinin hazırlanmasında və ərazilərin yenidən formalaşdırılmasında vətəndaş cəmiyyəti, akademik dairələr, icma təşkilatları və özəl sektor da iştirak etməlidir. Azərbaycanda yenidənqurma prosesi icmaların və maraqlı tərəflərin fəal iştirakı ilə həyata keçirilir. Mən bunu görürəm. Bu gün burada 300-dən çox təşkilat və qeyri-hökumət təşkilatını birləşdirən QHT Agentliyi var. Bizə burada siz lazımsınız. Qarşıdan gələn Ümumdünya Şəhərsalma Forumunda da sizə ehtiyacımız var. 2016-cı ildə Kito şəhərində qəbul edilən Yeni Şəhər Gündəliyinin icrası ilə bağlı görülən işləri qiymətləndirərkən də sizin iştirakınız vacibdir. Nəhayət, sizə ona görə ehtiyacımız var ki, sizin iştirakınız olmadan qlobal mənzil böhranının öhdəsindən gələ bilməyəcəyik”.
Oxşar xəbərlər
UN-Habitat: Bu gün bir çox şəhərlərdə dağıdıcı daşqınlar, torpaq sürüşmələri və yanğınlar baş verir
BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Prezident İlham Əliyevlə görüşündən paylaşım edib
Anaklaudia Rossbax: "Adekvat mənzil anlayışı iqlim risklərini də əhatə etməlidir"
Anaklaudia Rossbax: Azərbaycan WUF13-ün keçirilməsi üçün müstəsna işlər görüb
Anaklaudia Rossbax: Azərbaycan WUF13-ün keçirilməsi üçün ciddi işlər görüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Vahid Hacıyev: Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası kimi inkişaf etdirilir
-
Anjela Makeyeva İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür edib
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
