Çindən Avropaya gedən 20 000-ci qatar Orta Dəhliz vasitəsilə yola düşüb
sizinxeber.az xəbər saytı

Çindən Avropaya gedən 20 000-ci qatar Orta Dəhliz vasitəsilə yola düşüb


Çindən Avropaya yola salınan 20 000-ci yük qatarı Orta Dəhliz marşrutu üzrə hərəkətə başlayıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, yubiley qatarı Çinin şimalında yerləşən Daxili Monqolustan Muxtar Bölgəsinin Erenhot Dəmiryolu Stansiyasından yola düşüb. Qatar 55 konteynerdən ibarətdir.

Orta Dəhlizdə yük qatarlarının sayı son üç il ərzində sürətlə artıb. 2013-cü ildən etibarən bu marşrutla daşımalar həyata keçirilir, lakin 2022-ci ildə 10 000-ci qatar qeydiyyata alınmışdı. Cəmi üç il ərzində bu göstərici ikiqat artaraq 20 000-ə çatıb.

Asiya ilə Avropanı birləşdirən Orta Dəhliz Çindən başlayaraq Qazaxıstan, Özbəkistan, Türkmənistan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya qədər uzanan strateji ticarət və nəqliyyat xəttidir. Bu marşrut Asiyanın şərq regionlarını, o cümlədən Çini, dəniz yollarından yan keçərək quru ilə Avropaya birləşdirir. Beləliklə, daşımaların müddətini və məsafəsini əhəmiyyətli dərəcədə azaldır.

Orta Dəhliz təkcə region ölkələrinin iqtisadi əlaqələrini genişləndirmir, həm də qlobal ticarət logistikasında mühüm alternativ dəhliz kimi mövqeyini gücləndirir.

Oxşar xəbərlər

Rövşən Rüstəmov: "Çin Orta Dəhliz ilə ildə 1 000 konteyner blok qatarı göndərəcək"
Orta Dəhliz çərçivəsində Tszixuadan ilk yük qatarı Türkmənistan vasitəsilə Bakıya yola düşüb
Bu ilin əvvəlindən Çin Orta Dəhlizlə Avropaya 200 konteyner qatar göndərib
KTZ: Bu ilin əvvəlindən Orta Dəhlizlə 300-cü konteyner qatarı yola salınıb
Çindən Orta Dəhlizlə konteyner daşımalarının həcmi 10 min TEU-nu ötüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər