ABC: ABŞ-də üzərində partlayıcı qurğu olan şəxs bankda insanları girov götürüb
sizinxeber.az xəbər saytı

ABC: ABŞ-də üzərində partlayıcı qurğu olan şəxs bankda insanları girov götürüb


ABŞ-də Kaliforniya ştatının Beykersfild şəhərində naməlum şəxs bankın qarşısında barrikada quraraq bir neçə nəfəri girov saxlayıb. Hücumçunun üzərində partlayıcı qurğu ola bilər.

"Report" xəbər verir ki, bu barədə "ABC News" televiziya kanalının yerli şöbəsi məlumat yayıb.

Naməlum şəxs yerli vaxtla saat 13:00 radələrində (Bakı vaxtı ilə saat 00:00) Chase bank filialına girib içəridə barrikada qurub. Hüquq-mühafizə orqanlarının əməkdaşları binanı mühasirəyə alıblar.

Girovlardan biri azad edilib, lakin bankın içərisində saxlanılanların ümumi sayı hələlik məlum deyil.

"Təsdiqlənmiş bomba təhlükəsi ilə əlaqədar Çester prospekti və 17-ci küçədə yerləşən Chase Bank binasındayıq",- yerli hüquq-mühafizə orqanlarının rəsmiləri X-dəki açıqlamada bildiriblər.

Hadisə yerinə Federal Təhqiqat Bürosunun agentləri də göndərilib.

Oxşar xəbərlər

Kanadada naməlum şəxs parlamentin binasında barrikada qurub
Fransada polis bankda insanları girov götürən şəxsi yaxalayıb
Almaniyanın Rimbax şəhərində bankda azı bir nəfəri girov götürən şəxs saxlanılıb
Ukraynanın Lissabondakı səfirliyi bomba təhlükəsi səbəbindən boşaldılıb
Çində naməlum şəxs insanlara bıçaqla hücum edib, ölənlər var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər