Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması müzakirə edib
sizinxeber.az xəbər saytı

Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması müzakirə edib


Azərbaycan və Almaniya arasında Biznes Şurasının yaradılması müzakirə edib.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, müzakirələr "Bakı Enerji Həftəsi" çərçivəsində M. Cabbarovun Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsla görüşündə baş tutub.

"Ticarət, investisiya, KOB-ların inkişafı, enerji, kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlığın geniş potensialını vurğuladıq. Biznes dairələri arasında əlaqələrin genişləndirilməsi və insan kapitalının inkişafına yönəlmiş təşəbbüsləri, Ticarət və İnvestisiyalar üzrə Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi Qrupunun fəaliyyətinin səmərəliliyinin artırılması imkanlarını nəzərdən keçirdik. Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması potensialını, biznes əlaqələrimizin dərinləşdirilməsi və şaxələndirilməsi istiqamətində Birgə Niyyət Bəyannaməsinin əhəmiyyətini qeyd etdik", - deyə nazir qeyd edib.

Oxşar xəbərlər

Azərbaycan və Pakistan biznes tərəfdaşlığını şaxələndirməyi müzakirə edib
Azərbaycan Misirlə biznes dairələri arasında əməkdaşlığı müzakirə edib
Palata: Azərbaycan perspektivli biznes imkanları təqdim edir
Azərbaycan-Türkmənistan Hökumətlərarası Komissiyasının 8-ci iclası keçirilib
Azərbaycan və BƏƏ qarşılıqlı investisiyaların artırılmasını nəzərdən keçirib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər