ABŞ-də kimyəvi çənin partlayışından sonra Kolumbiya çayında çirkləndirici maddələr aşkarlanıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
28 
may
2026
05:30
ff aaaaaaa

ABŞ-də kimyəvi çənin partlayışından sonra Kolumbiya çayında çirkləndirici maddələr aşkarlanıb

28 may, 2026
05:30
918

ABŞ-də kimyəvi çənin partlayışından sonra Kolumbiya çayında çirkləndirici maddələr aşkarlanıb

ABŞ-nin Vaşinqton ştatının Lonqvyu şəhərində kimyəvi maddələrlə dolu çənin partlayışından sonra Kolumbiya çayında çirkləndirici maddələr aşkar edilib.

"Report"un məlumatına görə, bu barədə yerli yanğınsöndürmə xidmətinin rəisi Skott Qoldştin bildirib.

Onun sözlərinə görə, yoxlamalar çayda çirkləndirici maddələrin düşməsini təsdiqləyib.

"Ətraf mühitə dəyən ziyanın miqyasını və dərəcəsini daha yaxşı müəyyənləşdirmək üçün əlavə sınaqlar aparılır. Hazırda ətraf ərazidə hava keyfiyyətinə və ya Lonqvyuda içməli su təchizatına heç bir mənfi təsir aşkar edilməyib", - o, mətbuat konfransında bildirib.

S.Qoldstin həmçinin yerli sakinləri təmizləmə işlərinin davam etdiyi əraziyə yaxınlaşmamağa çağırıb.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul