NİİM velosiped və skuter idarə edənlərə müraciət edib - VİDEO
DİN-in Nəqliyyatı İtellektual İdarəetmə Mərkəzi velosiped və skuter idarə edənlərə müraciət edib.
NİİM-dən APA-ya verilən xəbərə görə, müraciətdə bildirilib ki, velosiped və skuterdən istifadə zamanı qaydalara əməl olunmaması yollarda qəza şəraitinin yaranmasına səbəb olur.
"Yaz-yay aylarında velosiped və skuter kimi ikitəkərli nəqliyyat vasitələrindən istifadə edənlərin sayı artır. Bu cür nəqliyyat vasitələrindən istifadə zamanı isə qaydalara əməl olunmaması yollarda qəza şəraitinin yaranmasına səbəb olur. Onlar əks istiqamətdə hərəkət etməməli, svetoforun qadağanedici siqnalı yandıqda dayanmalıdırlar. Piyada keçidlərində isə yolu keçərkən nəqliyyat vasitəsindən düşərək piyadalar kimi hərəkət etməlidirlər.
Qanun tələb edir ki, velosipedlər, asma mühərrikli velosipedlər və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri yalnız yolun sağ kənar zolağında, yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə, mümkün qədər sağ tərəfdə bir cərgə ilə hərəkət etməlidirlər. Velosipedlərin yol çiyini ilə hərəkətinə isə piyadalar üçün maneə yaratmamaq şərti ilə icazə verilir. Bu cür nəqliyyat vasitələrini idarə edənlər bilməlidir ki, velosiped yolu olduğu halda, onun yanındakı yolla hərəkət etmək də Qanunla qadağandır. Həmçinin yolayrıcından kənarda yolun velosiped yolu ilə nizamlanmayan kəsişməsində velosiped sürücüləri bu yolla hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidirlər.
Təhlükəsizliyin əsas şərti məsuliyyətdir. Yollarda qaydalara uyğun hərəkət etmək, məsələyə məsuliyyətlə yanaşmaq hər kəsin təhlükəsizliyi üçün vacibdir", - deyə müraciətdə bildirilib.
Oxşar xəbərlər
NİİM velosiped və skuter idarə edənlərə müraciət edib
DYP skuter, moped və velosiped sürücülərinə çağırış edib
NİİM: Motosiklet, moped, skuterlərin səbəb olduğu qəzalarda xəsarət və ölüm halları çoxdur - VİDEO
DYP motosiklet, velosiped və skuter sürücülərinə müraciət edib
Yol polisi moped və skuter sürücülərinə müraciət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Buna görə milyonlarla insan işini itirə bilər - Putin
-
Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər – Vacib açıqlama
-
Pensiyaya çıxmaq istəyən qadınlara mühüm XƏBƏR: Nələr dəyişir?
-
ABŞ Ebola şübhəsi olan vətəndaşları üçün Keniyada karantin mərkəzi yaradır
-
Finlandiya Ukrayna üzrə danışıqlar masasında Avropaya yer verməyə çağırıb
-
Amerikalı nazirdən İrana xəbərdarlıq: Vaşinqtonun səbri sonsuz deyil
