Çindən Orta Dəhlizlə konteyner daşımalarının həcmi 10 min TEU-nu ötüb
sizinxeber.az xəbər saytı

Çindən Orta Dəhlizlə konteyner daşımalarının həcmi 10 min TEU-nu ötüb


Bu ilin yanvar-aprel aylarında Çinin Sian şəhərindəki Qazaxıstan-Çin terminalı vasitəsilə Orta Dəhlizlə tranzit konteyner daşımalarının həcmi 10,524 min TEU və ya 126,288 min ton təşkil edib.

Bu barədə “Sizinxeber.az”un Qazaxıstan bürosu "Kazakhstan Temir Zholy" SC-nin mətbuat xidmətinə istinadən bildirib.

"Hazırda Siandakı terminal ildə 133 min TEU konteyner ötürmək gücünə malikdir. Ötən il bu terminal vasitəsilə 276 min tondan çox (təxminən 23 min TEU) yük daşınıb. 2030-cu ilə qədər həcmin ildə 83 min TEU-ya çatdırılması planlaşdırılır", - məlumatda qeyd olunub.

Xatırladaq ki, Sianda terminalın tikintisinə 2023-cü ilin may ayında başlanılıb. Terminalın 2024-cü ilin fevral ayında istifadəyə verilməsi sayəsində ötən il Çindən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) ilə konteyner daşımalarının həcmi 33 dəfə artıb.

Sian Çinin əsas tranzit qovşağı və ölkənin ən böyük quru limanıdır. Avropaya gedən konteyner qatarlarının 30 %-dən çoxu bu limanda formalaşır və MDB ölkələrindən idxalın təxminən 40 %-i buradan keçir.

TBNM Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan vasitəsilə Çindən Avropaya gedən beynəlxalq marşrutdur. Bu marşrut xüsusilə qlobal geosiyasi dəyişikliklər və logistika zəncirlərinin yenidən istiqamətləndirilməsi fonunda ənənəvi nəqliyyat yollarına alternativ kimi nəzərdən keçirilir.

Oxşar xəbərlər

Orta Dəhlizlə bu il konteyner daşımaları 3 dəfə artıb
Orta Dəhlizlə yük daşımalarının həcmi 63 % artıb
KTZ: Bu ilin əvvəlindən Orta Dəhlizlə 300-cü konteyner qatarı yola salınıb
Orta Dəhliz vasitəsilə konteyner yükdaşımaları 14 dəfə artıb
Ötən il TBNM ilə 3,3 milyon ton yük daşınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle