Boliviyanın müdafiə naziri etirazlar fonunda istefa verib
Boliviyanın müdafiə naziri Marselo Salinas ölkədəki uzun sürən siyasi və sosial böhran fonunda istefa verib.
"Sizinxeber.az"un "Reuters"ə istinadən verdiyi məlumata görə, onun yerinə Ernesto Xustiniano təyin edilib.
Qeyd etmək lazımdır ki, son həftələrdə Boliviyada yolların bağlanması və təchizatda fasilələrlə müşayiət olunan genişmiqyaslı etirazlar davam edir. Nümayişlər həmkarlar ittifaqları və keçmiş prezident Evo Moralesin tərəfdarları tərəfindən təşkil olunub.
Etirazçılar hökumətin iqtisadi siyasətinə yenidən baxılmasını, sərt qənaət tədbirlərinə son qoyulmasını və artan yaşayış xərclərinin qarşısını almaq üçün addımlar atılmasını tələb ediblər.
Xatırladaq ki, vəziyyətin pisləşməsi fonunda hakimiyyət orqanları əvvəllər ictimai asayişi bərpa etmək üçün fövqəladə vəziyyətin tətbiq edilməsinin mümkünlüyünü açıqlamışdı.
Oxşar xəbərlər
Liviyada Milli Birlik Hökumətinin azı üç naziri etirazlar fonunda istefa verib
Serbiyanın Baş naziri etirazlar fonunda istefa verib - YENİLƏNİB
Gürcüstanın XİN başçısının müavini və ABŞ-dəki səfiri etirazlar fonunda istefa veriblər
Latviyanın müdafiə naziri dron hadisələrindən sonra istefa verib
Banqladeşin Baş naziri istefa verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanın minifutbol millisi Avropa çempionatının 1/4 finalında bu gün Çexiya ilə qarşılaşacaq
-
"Azərkosmos"un ixrac gəlirləri 55 %-dən çox artıb
-
TotalEnergies: “Abşeron”da əlavə quyuların qazılması imkanlarını qiymətləndiririk
-
Qordon Birrel: "AÇG blokunda sərbəst təbii qaz ehtiyatları iki zonada aşkarlanıb"
-
Metro və avtobus sərnişinlərinə ŞAD XƏBƏR
-
DÇ-2026: Türkiyə millisinin heyəti açıqlanıb
