Erməni iş adamları ilə Türkiyədə görüş keçirildi
sizinxeber.az xəbər saytı

Erməni iş adamları ilə Türkiyədə görüş keçirildi


Ermənistan və Türkiyə iş adamları Qars şəhərində görüş keçirib.

Axar.az erməni mediasına istinadla xəbər verir ki, görüşdə nəqliyyat, logistika, turizm və ticarət sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.

Görüş Qars Ticarət və Sənaye Palatasının (KATSO) təşəbbüsü, eləcə də Ermənistan və Türkiyə xarici işlər nazirliklərinin və Türkiyə Ticarət Palataları və Birjaları Birliyinin (TOBB) dəstəyi ilə baş tutub.

Ticarət və Sənaye Palatasının prezidenti Qadir Bozan nəqliyyat və logistika infrastrukturunun inkişafının regionun iqtisadi gələcəyi üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, keçirilən hər bir görüşün yeni investisiyalara və dostluq əlaqələrinin formalaşmasına səbəb olacağına ümid etdiyini bildirib.

Türkiyəli və erməni iş adamları həmçinin qida sənayesi, tekstil, tikinti, turizm və texnologiya sektorları ilə bağlı məsələlər üzrə qapalı görüşlər keçiriblər.

Oxşar xəbərlər

Azərbaycan və Türkiyə biznes əməkdaşlığının inkişafını müzakirə edib
AZPROMO Qars Ticarət və Sənaye Palatası ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Azərbaycan və Krasnoyarsk iqtisadi əməkdaşlığı gücləndirir
Oktyabrda Azərbaycanda ilk dəfə Halal Biznes Forumu keçiriləcək
Bakıda Turan Tekstil Sərgisi açılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər