Roman Qofman "Mossad"ın rəhbəri vəzifəsinin icrasına başlayıb
sizinxeber.az xəbər saytı

Roman Qofman "Mossad"ın rəhbəri vəzifəsinin icrasına başlayıb


Roman Qofman rəsmən İsrailin "Mossad" Xarici Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsinin icrasına başlayıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə İsrailin Baş nazirinin dəftərxanasının müşaviri Dmitri Gendelman "Telegram" kanalında məlumat paylaşıb.

"General-mayor Roman Qofmanın "Mossad" Xarici Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsinə təyin edilməsi tarixi əhəmiyyətli bir hadisədir. Bu, İsrail tarixində keçmiş Sovet İttifaqı ölkələrindən olan repatriantların nümayəndəsinin təhlükəsizlik strukturlarında indiyədək tutduğu ən yüksək vəzifədir", - paylaşımda bildirilir.

İsrailin Baş naziri Benyamin Netanyahu "X" sosial şəbəkə hesabında yazıb ki, 2024-cü ilin aprelində İsrail üçün ən taleyüklü dövrdə özünün hərbi katibi kimi məhz Qofmanı seçib.

"Roman Qofman 14 yaşında valideynləri Lyudmila və Vladislavla birlikdə Belarusdan Aşdoda immiqrasiya edib. Roman öz yolunu müstəqil şəkildə açıb və bütün çətinliklərin öhdəsindən gəlib", - o bildirib və "Mossad"ın əsas missiyasının "İran təcavüzü"nə qarşı mübarizə olaraq qaldığını vurğulayıb.

Oxşar xəbərlər

Netanyahu "Mossad"ın yeni rəhbərini təsdiqləyib
Netanyahu İsrail rəsmilərinə Dohaya getməyi tapşırıb
Mossad rəhbəri Qəzzaya dair danışıqlarla bağlı Qətərə səfər edib
KİV: Uitkoff Parisdə "Mossad"ın rəhbəri ilə görüşüb
Mossad rəhbəri Qətər lideri ilə Qəzzadakı girovların azad edilməsini müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər