Özbəkistanlı nazir: Mirziyoyevin Azərbaycana səfəri nəqliyyat əlaqələrinin inkişafı baxımından vacibdir
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri təkcə iqtisadiyyat və ticarət üçün deyil, həm də nəqliyyat və logistika əlaqələrinin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir.
“Report” xəbər verir ki, bu barədə Özbəkistanın nəqliyyat naziri İlxom Mahkamov “Özbəkistan 24” telekanalına müsahibəsində bildirib.
“Bu gün Özbəkistandan daşımaları həyata keçirən bir neçə dəhlizdən biri – ixrac-idxal ticarəti və yük daşımaları Azərbaycandan keçən Orta Dəhlizdir”, - nazir əlavə edib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi ilə əldə olunmuş razılaşmaya əsasən, bu ölkədən keçən konteyner və dəmir yolu daşımaları üzrə güzəştlər gələn ilin sonuna qədər uzadılıb: “Hazırda konteyner və dəmir yolu daşımaları üzrə 70 faizə qədər güzəştlər qüvvədədir və hörmətli prezidentin səfərləri nəticəsində bu güzəştlərin müddətini 2026-cı ilə qədər uzatmağa nail olduq”.
Mahkamov həmçinin bildirib ki, yüklərin gecikməsinin qarşısını almaq məqsədilə Özbəkistan Xəzər dənizində öz bərələrini istifadəyə verməyə hazırlaşır:
“Biz həmçinin Xəzər dənizində yükdaşımaların artmasını nəzərə alaraq, Özbəkistan şirkətlərinin bərə operatorluğu ilə bağlı danışıqlar və işlər aparırıq. Hazırda Xəzər dənizində bərə reysləri üzrə 30–40 günə qədər gözləmələr və yük gecikmələri baş verir. Buna görə də, Özbəkistan şirkətləri Türkiyə şirkətləri ilə birlikdə Xəzər dənizində bərə operatorluğu həyata keçirmək qərarına gəliblər”.
O əlavə edib ki, Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin reallaşdırılması Özbəkistanla Azərbaycan arasında əlavə tranzit həcminin təmin olunmasına imkan verəcək: “Biz artıq infrastrukturun genişləndirilməsi və modernləşdirilməsi ilə bağlı razılıq əldə etmişik – bu məsələyə hazırıq”.
Oxşar xəbərlər
Tbilisidə müasir dəmir yolu konteyneri və yük terminalı istifadəyə verilib
Bu ilin sonuna qədər Çin Orta Dəhlizlə 300-ə yaxın konteyner blok qatarı göndərə bilər
Özbəkistanda Orta Dəhlizin inkişafı məsələləri müzakirə olunub
“ADY Express”: Çindən daxil olan konteyner yüklərinin 60 %-i idxal, 40 %-i isə tranzitdir
Bu ilin əvvəlindən Çin Orta Dəhlizlə Avropaya 200 konteyner qatar göndərib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Metro və avtobus sərnişinlərinə ŞAD XƏBƏR
-
XİN: Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi müzakirə olunub – YENİLƏNİB
-
SOCAR ilə "SLB" arasında əməkdaşlığın inkişafı müzakirə olunub
-
SOCAR beynəlxalq iştirakını genişləndirir və "upstream" layihələri üzrə strategiyasını transformasiya edir
-
Türkiyə Sudanda sülh üçün səylərini davam etdirəcək
-
SOCAR ilə "Chevron" birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər
