Özbəkistanda Orta Dəhlizin inkişafı məsələləri müzakirə olunub
Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov ölkədə fəaliyyət göstərən iri müəssisələrin nümayəndələri ilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) inkişafına dair məsələləri müzakirə edib.
"Sizinxeber.az" Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyinə istinadən xəbər verir ki, nazirlikdə nəqliyyat dəhlizləri ilə yükdaşımaların həyata keçirilməsi və ixrac potensialının artırılması məsələlərinə həsr olunmuş dəyirmi masa keçirilib. Dialoqda nazir L. Kudratov, nəqliyyat naziri İlhom Mahkamov, “Özbəkistan Dəmir Yolları” SC-nin nümayəndələri, o cümlədən ixrac, nəqliyyat və logistika sahələrində fəaliyyət göstərən 40-dan çox iri müəssisənin rəhbərləri iştirak ediblər.
“Malların ixracı üçün istifadə edilən nəqliyyat dəhlizlərinin, xüsusilə Transxəzər dəhlizinin inkişafı, ixrac fəaliyyəti üçün hərtərəfli rahat şəraitin yaradılması ilə bağlı məsələlər müzakirə edilib”, - məlumatda bildirilib.
Dəyirmi masanın yekununda müəssisə rəhbərlərinin irəli sürdükləri səmərəli təkliflərin həyata keçirilməsi üçün vəzifələr müəyyən edilib. Bu məqsədlə İnvestisiya, Sənaye və Ticarət Nazirliyi Nəqliyyat Nazirliyi ilə birlikdə konkret icra müddətləri və məsul icraçılar göstərilməklə Yol Xəritəsi hazırlayacaq.
TBNM və ya Orta Dəhliz Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropa ölkələrinə qədər uzanır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti dəhlizin bir hissəsidir.
Oxşar xəbərlər
Bakıda Orta Dəhlizin inkişaf perspektivlərinə dair müzakirələr aparılacaq
Orta Dəhlizlə yükdaşımalar 62 % artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
