İsveçrədə dəmir yolu vağzalında bıçaqlı hücum olub, yaralılar var
sizinxeber.az xəbər saytı

İsveçrədə dəmir yolu vağzalında bıçaqlı hücum olub, yaralılar var


İsveçrənin Vintertur şəhərindəki dəmir yolu vağzalında bıçaqlı hücum olub.

“Reuters”in İsveçrə polisinə istinadən verdiyi xəbərə görə, hücum nəticəsində 3 nəfər yaralanıb.

Məlumata görə, hadisə səhər saatlarında baş verib. Hücumda şübhəli bilinən 31 yaşlı İsveçrə vətəndaşı saxlanılıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

“Hadisə qatar stansiyasında baş verib və üç nəfər yaralanıb”, - polisdən bildiriblər.

Hadisədən sonra genişmiqyaslı polis əməliyyatı aparılıb.

Polis hazırda hücumun motivlərini araşdırır.

Oxşar xəbərlər

KİV: Hamburqun əsas qatar stansiyasında bıçaqlı hücum nəticəsində 8 nəfər yaralanıb
İsraildə bıçaqlı hücum nəticəsində bir neçə nəfər yaralanıb
Çexiyada bıçaqlı hücum olub, iki nəfər ölüb
Pakistanda dəmir yolu stansiyasında partlayış olub, 24 nəfər ölüb
Almaniyada dəmiryol vağzalında bıçaqlı hücum nəticəsində yaralananların sayı 12-yə çatıb - VİDEO - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər