Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu ödənişli yol kimi artıq istifadədədir
sizinxeber.az xəbər saytı

Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu ödənişli yol kimi artıq istifadədədir


Qanunvericiliyin tələblərinə əsasən, dövlət standartlarına cavab verən ödənişsiz alternativ yolun mövcud olduğu hallarda vətəndaşlara seçim imkanı yaradılmaqla ödənişli avtomobil yolunun istismarı mümkündür.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "APA-Economics"ə verilən məlumata görə, sözügedən marşrut üzrə Zəfər Yolu ödənişsiz alternativ yol funksiyasını yerinə yetirir.

Beləliklə, hərəkət iştirakçıları öz seçimlərindən asılı olaraq həm ödənişli Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolundan, həm də ödənişsiz alternativ marşrut olan Zəfər Yolundan istifadə edə bilərlər.

Oxşar xəbərlər

Azərbaycanda daha bir yol ÖDƏNİŞLİ OLDU - MƏBLƏĞLƏR AÇIQLANDI
Alternativ avtomobil yolu ilə gediş üçün ödəniş məbləğləri müəyyən edilib
Bakı-Quba-Rusiya ödənişli avtomobil yolundan istifadə üçün kart tətbiqinə başlanılıb
Azad edilmiş ərazilərdə 3 min km-dən artıq yol salınıb - VİDEO
COP29 iştirakçıları Abşeron dairəvi dəmir yolundan ödənişsiz istifadə edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər