
Dan Yorgensen: “Aİ-nin Rusiyadan aldığı enerji üçün sərf etdiyi məbləğ 2 400 ədəd “F-35” qırıcısının dəyərinə bərabərdir“

Dan Yorgensen: “Aİ-nin Rusiyadan aldığı enerji üçün sərf etdiyi məbləğ 2 400 ədəd “F-35” qırıcısının dəyərinə bərabərdir“
Son vaxtlar Avropa İttifaqı (Aİ) Rusiyaya açıq mesaj verib: enerjidən silah kimi istifadə etmək və karbohidrogen ixracından əldə olunan vəsaitləri müharibəni maliyyələşdirmək üçün istifadə etmək yolverilməzdir.
“Sizinxeber.az”un Avropa bürosunun məlumatına görə, bunu “EUSEW2025”in açılışında Aİ-nin enerji üzrə komissarı Dan Yorgensen bildirib.
O qeyd edib ki, Aİ Rusiya enerjisindən asılılığı tam aradan qaldırmaq niyyətindədir: “Bunu Rusiyadan qaz idxalını qadağan etməklə həyata keçirəcəyik. Bu ilin sonuna qədər spot bazarında qaz alışını, 2027-ci ilin sonuna qədər isə uzunmüddətli müqavilələri qadağan etməyi planlaşdırırıq”.
D.Yorgensen vurğulayıb ki, müharibənin başlanğıcından bəri Aİ Rusiyadan aldığı enerji dəyərində 2 400 ədəd “F-35” qırıcısına bərabər məbləğ sərf edib. “Böhranın əvvəlində aydın idi ki, biz Rusiya enerjisindən asılılığı sürətlə azaltmalıyıq və buna nail olduq”.
O bildirib ki, artıq Rusiyadan kömür alınmır, neft tədarükü 27 %-dən 3 %-ə, qaz tədarükü isə 45 %-dən 13 %-ə enib.
Aİ-nin enerji komissarı əlavə edib ki, Avropa həm təhlükəsizlik, həm də iqlim böhranı ilə üzləşib: “Ötən il qitə tarixində ən isti il oldu və bu il də yeni rekord gözlənilir. Bu vəziyyət xüsusilə inkişaf etməkdə olan kasıb ölkələrə ağır təsir göstərir”.
D.Yorgensen həmçinin rəqabət məsələsinə toxunaraq bildirib ki, Avropada enerjiyə görə ödəniş ABŞ və Çindən yüksəkdir və rəqabət qabiliyyətinin artırılması vacibdir.
Beləliklə, Avropanın qarşısında “yaşıl keçid” və ənənəvi enerji daşıyıcılarından uzaqlaşma vəzifəsi dayanır.
D.Yorgesen qeyd edib ki, artıq Rusiyadan kömür alınmır, neft tədarükü ümumi həcmin 27 %-dən 3 %-ə, qaz tədarükü isə 45 %-dən 13 %-ə düşüb.
Onun sözlərinə görə, təhlükəsizlik böhranı Avropanın üzləşdiyi yeganə böhran deyil: “Digəri isə əlbəttə ki, iqlim böhranıdır. Ötən il biz temperatur artımı üzrə bütün rekordları qırdıq və müşahidələrin aparılmağa başlandığı vaxtdan bəri qitə tarixində ən isti illə üzləşdik. Bu il, çox güman ki, bu növbəti rekord olacaq".
D.Yorgesen vurğulayıb ki, bu vəziyyət bir sıra problemlərə səbəb olur: “Əlbəttə ki, inkişaf etməkdə olan kasıb ölkələr bu problemləri daha çox hiss edirlər”.
O, həmçinin rəqabət probleminə toxunaraq qeyd edib ki, Aİ-də enerjiyə görə ödəniş ABŞ və Çindəki göstəricilərdən yüksəkdir. Buna görə də bu məsələdə öz rəqabət qabiliyyətini artırmaq vacibdir.
Beləliklə, Avropanın qarşısında “yaşıl keçid” və ənənəvi enerji daşıyıcılarından uzaqlaşma vəzifəsi durur.