Dan Yorgensen: "Aİ Azərbaycanla enerji və metan emissiyalarının azaldılması sahəsində əməkdaşlığı gücləndirir"
sizinxeber.az xəbər saytı

Dan Yorgensen: "Aİ Azərbaycanla enerji və metan emissiyalarının azaldılması sahəsində əməkdaşlığı gücləndirir"


Avropa İttifaqı (Aİ) Azərbaycan qazına çıxışı genişləndirmək üçün infrastrukturun modernləşdirilməsi üzərində fəal işləyir və paralel olaraq metan emissiyalarının azaldılması istiqmətində səy göstərir.

“Sizinxeber.az” xəbər verir ki, bunu Aİ-nin enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgensen Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında bildirib.

"Bütün maraqlı tərəflərin növbəti illərdə Azərbaycandan regional bazarlara qaz tədarükünün həcmini artırmaq kimi ümumi istəyi var. Azərbaycanın keçən il COP29-da əldə etdiyi uğurlardan sonra biz hamımız enerji keçidini sürətləndirmək üçün bu impulsdan istifadə etməyə çalışırıq. Bu, 2030-cu ilə qədər bütün dünyada bərpa olunan enerji mənbələrindən enerji istehsalının üç dəfə və enerji səmərəliliyinin iki dəfə artırılması deməkdir. “Grids and Storage Pledge” və “Global Methane Pledge” təşəbbüsləri burada mühüm rol oynayır", - o qeyd edib.

D.Yorgensen həmçinin Azərbaycanı metan emissiyalarının azaldılmasında əldə etdiyi nəticələr münasibətilə təbrik edib və ölkənin bu istiqamətdə regionda lider rolunu vurğulayıb.

"Biz regional tərəfdaşlar, Avropa biznesi və investorların Azərbaycanda sürətlə inkişaf edən bərpa olunan enerji sektoruna böyük marağını müşahidə edirik. Bu, regional qarşılıqlı əlaqənin genişləndirilməsi, bazarların inteqrasiyası və təmiz texnologiyalar sahəsində əlavə dəyər zəncirlərinin formalaşdırılması üçün yeni imkanlar yaradır", - o vurğulayıb.

Komissarın sözlərinə görə, plenar iclasda regionda "yaşıl enerji dəhlizi"nin yaradılması ilə bağlı aidiyyəti nazirliklərin rəhbərləri ilə müzakirələr aparılıb.

"Xəzər dənizində külək enerjisinin inkişaf perspektivlərinə xüsusi diqqət yetirilib. Avropa Külək Enerjisi Assosiasiyası və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin nümayəndələri ilə görüş xüsusilə maraqlı keçib, çünki ölkə dəniz külək enerjisi sahəsindəki böyük potensialının reallaşdırılmasını fəal şəkildə təşviq edir", - D.Yorgensen əlavə edib.

Oxşar xəbərlər

Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Azərbaycana gəlir
İlham Əliyev Avropa İttifaqının enerji və mənzil məsələləri üzrə komissarını qəbul edib
Aİ komissarı: "Azərbaycanla əməkdaşlığımız qaz təchizatımızın şaxələndirilməsində mühüm rol oynayır"
Vanniya Qava: "TAP İtaliyanın Aralıq dənizində enerji qovşağı kimi mövqeyini gücləndirir"
Aİ rəsmisi Azərbaycanla strateji enerji tərəfdaşlığını təsdiq edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər