ABŞ konqresmeninə Azərbaycanın investisiya imkanları barədə məlumat verilib
İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) ABŞ konqresmeninə Azərbaycanın investisiya imkanları barədə məlumat verilib.
"Sizinxeber.az" AZPROMO-ya istinadən xəbər verir ki, bu barədə müzakirələr Agentliyin icraçı direktoru Yusif Abdullayevin ABŞ Konqresinin Nümayəndələr Palatasının respublikaçı üzvü Abraham Hamadehin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə aparılıb.
Görüşdə Y. Abdullayev Azərbaycanın biznes və investisiya mühiti, birbaşa xarici investisiyaların təşviqi mexanizmləri, Agentliyin fəaliyyət istiqamətləri və cari ilin sentyabr ayında keçirilməsi planlaşdırılan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu barədə məlumat verib, əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.
Müzakirələrdə Azərbaycanın tranzit potensialı, ABŞ şirkətlərinin ölkəmizdə investisiya layihələrinə cəlb edilməsi, texnologiya və nou-hau transferi, eləcə də maliyyə dəstəyi alətlərindən istifadə, işgüzar əlaqələrin genişləndirilməsi imkanları nəzərdən keçirilib.
Oxşar xəbərlər
Azərbaycanla Pakistan əməkdaşlıq perspektivlərini müzakirə edib
Azərbaycan Çinin Sıçuan əyaləti ilə iqtisadi əməkdaşlığı genişləndirir
AZPROMO Qars Ticarət və Sənaye Palatası ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Azərbaycan İspaniyanın texnoloji həllərində və texnologiya transferində maraqlıdır
Azərbaycan Belarusla qarşılıqlı ticarətin artım potensialını müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Günəşdə güclü partlayış oldu
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
