Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Azərbaycana gəlir
sizinxeber.az xəbər saytı

Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Azərbaycana gəlir


Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Dan Yorgensen aprelin dördündə Azərbaycana gələcək.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə məlumat Avropa Komissiyasının saytında dərc olunub.

Qeyd olunub ki, o, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Nazirlərin 11-ci Toplantısında və Yaşıl Enerji Məşvərət Şurasının 3-cü Nazirlər Toplantısında iştirak edəcək.

Yorgensenin Azərbaycana səfərində bərpa olunan enerji və metan emissiyalarının azaldılması sahəsində əməkdaşlıq da mühüm yer tutacaq. Yaşıl Enerji Məsləhət Şurası regionda enerji səmərəliliyi və bərpa olunan enerjinin inkişafı sahələrində səyləri müzakirə edəcək. Komissar, həmçinin yaşıl enerji dəhlizinə dair sazişi müzakirə etmək üçün Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan və Bolqarıstan nazirləri ilə görüşə qatılacaq. O Azərbaycanın energetika naziri Pərviz Şahbazovla birlikdə Xəzər dənizində dəniz külək enerjisinin inkişafına dair Aİ-Azərbaycan biznes dəyirmi masasına həmsədrlik edəcək.

Oxşar xəbərlər

Aİ rəsmisi Azərbaycanla strateji enerji tərəfdaşlığını təsdiq edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
SGC Məşvərət Şurası çərçivəsində əməkdaşlıq üzrə sənədlər imzalanacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Xəzər-Qara dəniz-Avropa" Yaşıl Enerji Dəhlizi üzrə birgə müəssisənin yaradılması üçün tender keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Aİ ilə enerji təşəbbüsləri üzrə müzakirələr aparıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Serbiyanın “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nə qoşulması müzakirə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər