Aİ rəsmisi Azərbaycanla strateji enerji tərəfdaşlığını təsdiq edəcək
Sabah Avropa İttifaqının (Aİ) enerji və mənzil təsərrüfatı üzrə komissarı Dan Yorqensen Bakıya gələcək, ittifaqla Azərbaycan arasında strateji enerji tərəfdaşlığını təsdiq edəcək.
"Report" Avropa Komissiyasına istinadən xəbər verir ki, o, Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci iclasında və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasında iştirak edəcək.
D.Yorqensen SGC sessiyasının açılışında çıxış edəcək və tərəfdaş hökumətlərin nümayəndələri, qurum və şirkət rəhbərləri ilə birlikdə Nazirlər sessiyasında iştirak edəcək.
"Görüş Cənub Qaz Dəhlizinin tutumunun genişləndirilməsini müzakirə etmək üçün əsas fürsət olacaq. Boru kəməri Aİ və qonşu ölkələr üçün qaz təchizatının şaxələndirilməsinin vacib marşrutudur. Çünki biz Rusiya tədarükündən tamamilə imtina etməyə çalışırıq", - məlumatda qeyd olunub.
Bərpa olunan enerji və metan emissiyalarının azaldılması sahəsində əməkdaşlıq da komissarın Azərbaycana səfərində mühüm yer tutacaq. Yaşıl Enerji Məşvərət Şurasında regionda enerji səmərəliliyi və bərpa olunan enerji mənbələrinin inkişafı sahəsində səylər müzakirə ediləcək.
“Komissar, həmçinin “yaşıl enerji dəhlizi haqqında” sazişin qiymətləndirilməsi üçün Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan və Bolqarıstan nazirlərinin görüşündə iştirak edəcək. Bundan əlavə, energetika naziri Pərviz Şahbazovla birlikdə Xəzər dənizində dəniz külək enerjisinin inkişafı üzrə Aİ-Azərbaycan dəyirmi masasına həmsədrlik edəcək”, - məlumatda vurğulanıb.
Bakıya gəlməzdən əvvəl komissar Ankarada Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarla görüşəcək.
Oxşar xəbərlər
SGC Məşvərət Şurası çərçivəsində əməkdaşlıq üzrə sənədlər imzalanacaq
Sabah Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin iclası keçiriləcək
ABŞ Dövlət Departamentinin Enerji Resursları Bürosunun baş məsləhətçisi Azərbaycana gəlib
Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci iclasının vaxtı məlum olub
"Xəzər-Qara dəniz-Avropa" Yaşıl Enerji Dəhlizi üzrə birgə müəssisənin yaradılması üçün tender keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
“Balaca Heydərin iki oğlu var” - Prezident
-
Oyun zamanı meydançada öldü
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir












