ESCAP: Mərkəzi Asiyanın enerji əlaqəliliyi potensialı hələ də reallaşdırılmayıb
sizinxeber.az xəbər saytı

ESCAP: Mərkəzi Asiyanın enerji əlaqəliliyi potensialı hələ də reallaşdırılmayıb


Mərkəzi Asiyada bərpa olunan enerji mənbələri (BOEM) sahəsində regional əlaqəlilik potensialı tam şəkildə reallaşdırılmaqdan hələ çox uzaqdır.

"Report"un Almatıya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu BMT-nin Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyasının (ESCAP) katibliyi layihələrinin rəhbəri Sergey Tulinov Avrasiya İnkişaf Bankının (EDB) illik iclası və biznes forumunda bəyan edib.

Onun sözlərinə görə, regionun hər bir ölkəsinin enerji təchizatının etibarlılığı bu gün qonşu dövlətlərin enerji sistemlərinin iş rejimlərindən və dayanıqlığından getdikcə daha çox asılıdır: "Quraşdırılmış güc öz-özlüyündə etibarlılığa zəmanət vermir. Generasiya gücləri əlçatan olmalı, şəbəkə infrastrukturu ilə təmin edilməli və lazımi anda idarə oluna bilən olmalıdır. Elektrik enerjisinin regional ticarəti, şübhəsiz, bərpa olunur, lakin enerji əlaqəliliyi potensialı hələ açılmayıb. Transsərhəd mübadiləsinin ümumi istehlakdakı payı dünyanın bir çox digər inteqrasiya olunmuş enerji sistemlərindəkinə nisbətən aşağı olaraq qalır".

S.Tulinov vurğulayıb ki, məhdudiyyətlər yalnız kommersiya şərtləri ilə bağlı deyil: "Şəbəkələrin ötürücülük qabiliyyəti, ayrı-ayrı hissələrin həddən artıq yüklənməsi, xüsusən hidroenergetikanın Mərkəzi Asiyanın enerji sisteminin əsası olaraq qalmasını nəzərə alaraq, hidroloji və yanacaq amilləri böyük əhəmiyyət kəsb edir".

O vurğulayıb ki, bu mənada şəbəkə məhdudiyyətlərinə xüsusi diqqət yetirilməlidir: "Mərkəzi Asiyanın enerji sisteminin bir sıra sahələrində ötürmə həcmləri artıq maksimum yol verilən dəyərlərə yaxınlaşır, bəzi hallarda isə hətta onları aşır. Xüsusən qış dövründə daxili şəbəkələrin həddən artıq yüklənməsi, yalnız elektrik enerjisi ticarətini deyil, həm də hidroenerjinin ötürülməsini, yeni BOEM obyektlərinin qoşulmasını, tranzit imkanlarını və qonşu ölkələrə qəza dövrlərində dəstəyin göstərilməsini məhdudlaşdırır".

S.Tulinov bildirib ki, yeni infrastruktur layihələrinin həyata keçirilməsi zamanı yalnız elektrik ötürmə xətlərinin tikintisi faktını deyil, həm də onların enerji sistemi üçün praktiki effektini qiymətləndirmək vacibdir: "Hər bir yeni layihə ölçülə bilən sistem nəticəsi təmin etməlidir: ötürücülük qabiliyyətini artırmalı, həddən artıq yükləmələri azaltmalı, BOEM-in qoşulması imkanlarını genişləndirməli, enerji təchizatının etibarlılığını artırmalı və enerji sistemlərinin tam hüquqlu regional elektrik enerjisi bazarının formalaşmasına hazırlığını yüksəltməlidir".

Oxşar xəbərlər

İnmin Yan: "PAGI 2035-ci ilədək Asiya-Sakit okean regionunda 20 QVt-a qədər "yaşıl güc" təmin edəcək"
EDB: Mərkəzi Asiyanın enerji şəbəkələrində itkilər 20 %-ə çatır
Joze Karluş Pereyra: "Asiya-Sakit okean regionunda BOEM-in irimiqyaslı maliyyələşdirilməsinə ehtiyacı var"
Koreya Enerji Agentliyi: Mərkəzi Asiyada bərpa olunan enerji üçün istifadə edilməmiş potensial var
ADB Azərbaycanda yeni BOEM layihələrini dəstəkləməyə hazırdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər