Joze Karluş Pereyra: "Asiya-Sakit okean regionunda BOEM-in irimiqyaslı maliyyələşdirilməsinə ehtiyacı var"
sizinxeber.az xəbər saytı

Joze Karluş Pereyra: "Asiya-Sakit okean regionunda BOEM-in irimiqyaslı maliyyələşdirilməsinə ehtiyacı var"


Asiya-Sakit okean regionu bərpa olunan enerji mənbələri (BOEM) sektorunun böyük həcmdə maliyyələşdirilməsinə kəskin ehtiyac duyur.

"Sizinxeber.az"un Səmərqəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) Portuqaliyadan olan idarəedicisinin müavini vəzifəsini müvəqqəti icra edən Joze Karluş Pereyra ADB-nin Rəhbərlər Şurasının 59-cu illik iclası çərçivəsində keçirilən rəhbərlərin işgüzar sessiyası zamanı bildirib.

"Enerji təhlükəsizliyini və əlçatanlığını təmin etmək məqsədilə bərpa olunan enerji mənbələrinin inkişafı üçün regionun maliyyə resurslarına olan mühüm ehtiyaclarına diqqəti yetirmək istərdim, hansı ki, son böhran bunu birinci dərəcəli əhəmiyyət kəsb edən məsələ kimi əyani şəkildə nümayiş etdirdi. Həmçinin inteqrasiya olunmuş və dayanıqlı enerji sistemlərinin formalaşmasına və enerji səmərəliliyinin artırılmasına dəstək vermək lazımdır.

Biz bankın bu istiqamətdə fəaliyyətinin genişləndirilməsini və ADB-nin iqlim ambisiyalarının əvvəlki kimi onun işinin əsas elementi olaraq qalmasını müsbət qiymətləndiririk", - J. Pereyra qeyd edib.

Oxşar xəbərlər

İndoneziya Asiya-Sakit okean regionunda dayanıqlı artım üçün ADB-ni özəl sektora dəstəyi gücləndirməyə çağırıb
ADB və Yaponiya Asiya-Sakit okean regionunda enerji təhlükəsizliyi üzrə birgə təşəbbüs elan ediblər
Masato Kanda: "Asiya-Sakit okean regionu ümumi dayanıqlığı gücləndirməlidir"
Gürcüstan enerji və infrastruktur sahələrində ADB ilə əməkdaşlığı dərinləşdirmək niyyətindədir
Mikayıl Cabbarov: "Avropa ilə Mərkəzi Asiya arasında "yaşıl körpü" salırıq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər