Qvineyalı nazir: "DİM-in qlobal maliyyələşdirilməsinə yeni maliyyə arxitekturası tələb olunur"
sizinxeber.az xəbər saytı

Qvineyalı nazir: "DİM-in qlobal maliyyələşdirilməsinə yeni maliyyə arxitekturası tələb olunur"


Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) qlobal maliyyələşdirmə sistemi artan resurs çatışmazlığı ilə üzləşir ki, bu da innovativ alətlərə keçidi və özəl kapitalın daha fəal cəlb edilməsini tələb edir.

"Report" xəbər verir ki, bunu Qvineyanın planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri İsmael N`falla Nabe Bakıda İslam İnkişaf Bankı (İsDB) Qrupunun illik toplantıları çərçivəsində davamlı inkişafın innovativ şəkildə maliyyələşdirilməsi mövzusuna həsr olunmuş paneldə deyib.

Onun sözlərinə görə, müasir inkişaf modeli artıq ötən onilliklərin alətlərinə arxalana bilməz.

N.Nabe qlobal kapitalı səmərəli şəkildə səfərbər etmək və davamlı layihələrə yönəltmək iqtidarında olan yeni maliyyə arxitekturasının formalaşdırılmasının zəruriliyini qeyd edib.

Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) vitse-prezidenti və korporativ katibi Şerard Kouper-Koulz bildirib ki, müasir infrastruktur ənənəvi obyektlərdən kənara çıxır və rəqəmsal, sosial və təhsil sistemlərini ehtiva edir.

O vurğulayıb ki, inkişafda əsas rolu özəl kapitalın səfərbər edilməsi, qarışıq maliyyələşdirmə ("blended finance") və rəqəmsal həllər daxil olmaqla, innovativ alətlərdən istifadə oynayır.

Ş.Kouper-Koulz qeyd edib ki, beynəlxalq maliyyə institutları investisiya layihələrinin hazırlanması və müşayiət olunması üzrə işi gücləndirirlər.

BMT-nin dayanıqlı inkişafın maliyyələşdirilməsi üzrə xüsusi elçisi Mahmud Mohieldin bildirib ki, DİM-lərə nail olmaqda irəliləyiş qeyri-kafi olaraq qalır və məqsədlərin əhəmiyyətli hissəsi ya geridə qalır, ya da səhv istiqamətdə irəliləyir.

Onun sözlərinə görə, məqsədlərə çatmaq yalnız maliyyə, texnologiya və stimulların birləşməsi, habelə beynəlxalq əməkdaşlığın və səmərəli idarəetmənin gücləndirilməsi şərtilə mümkündür.

Oxşar xəbərlər

Nazir müavini: "Dayanıqlı inkişafın maliyyələşdirilməsində ciddi kəsir var"
Nazir müşaviri: SDG-lərin maliyyə boşluğu illik 4 trilyon dollara çatıb
Azərbaycanda dayanıqlı maliyyə alətləri daha da genişləndiriləcək
Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları başlayıb - FOTO
Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları öz işinə başlayıb - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər