Azərbaycan və Ukrayna birgə gəmiqayırma layihələrini müzakirə edib
sizinxeber.az xəbər saytı

Azərbaycan və Ukrayna birgə gəmiqayırma layihələrini müzakirə edib


Azərbaycan və Ukrayna birgə gəmiqayırma layihələrinin həyata keçirilməsini müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev ASCO-nun İdarə Heyətinin sədri Əfqan Cəlilovla görüşün yekunları üzrə sosial şəbəkələrdə yazıb.

Onun sözlərinə görə, tərəflər Ukrayna ilə Azərbaycan arasında dəniz nəqliyyatı, logistika və gəmiqayırma sahələrində əməkdaşlığının genişləndirilməsi perspektivlərini nəzərdən keçiriblər.

"Orta Dəhlizin genişləndirilməsi çərçivəsində əməkdaşlıq, Xəzər dənizində və Ukrayna ilə Cənubi Qafqaz arasında bərə əlaqəsi, həmçinin birgə infrastruktur və gəmiqayırma layihələrinin həyata keçirilməsi məsələlərinə xüsusi diqqət yetirilib", - o qeyd edib.

Ukrayna səfiri həmçinin ölkəsinin ərazi bütövlüyünün və suverenliyinin dəstəklənməsinə, eləcə də davam edən münaqişə şəraitində göstərilən humanitar yardıma görə Azərbaycan rəhbərliyinə və xalqına minnətdarlığını bildirib", - o qeyd edib.

Oxşar xəbərlər

Bakı ilə Kiyev arasında humanitar əməkdaşlığın gücləndirilməsi müzakirə olunub
Qusev: Ukrayna şirkətləri biznes-missiya ilə Bakıya gələcək
Ukrayna və Küveytin Bakıdakı səfirləri əməkdaşlıq məsələlərini müzakirə ediblər
Bakıda Ukrayna Kino Günləri keçirilir
Səfir: Ukrayna müntəzəm humanitar yardıma görə Azərbaycana minnətdardır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər