Səməd Bəşirli: "Azərbaycan və TDT ölkələri arasında qarşılıqlı investisiyalar 40 milyard dollara yaxınlaşıb"
sizinxeber.az xəbər saytı

Səməd Bəşirli: "Azərbaycan və TDT ölkələri arasında qarşılıqlı investisiyalar 40 milyard dollara yaxınlaşıb"


Azərbaycanın Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə ticarət dövriyyəsi ötən il 7 milyard ABŞ dollarını ötüb.

"Sizinxeber.az"un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli "Türk Dövlətləri Təşkilatı ölkələrinin rəqabət qurumları rəhbərlərinin III iclası və Rəqabət Forumu"nda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son illərdə TDT-yə üzv dövlətlər arasında ticarət dövriyyəsinin artması, qarşılıqlı investisiyaların genişlənməsi, nəqliyyat-logistika əlaqələrinin möhkəmlənməsi və regional iqtisadi əməkdaşlığın inkişafı bu istiqamətdə əldə olunan uğurların bariz göstəricisidir.

"Ölkəmiz TDT məkanında iqtisadi əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı ticarətin inkişafı istiqamətində ardıcıl addımlar atır. Azərbaycanın Türkiyə ilə Preferensial Ticarət Sazişi qüvvədədir. Bununla yanaşı, təşkilata üzv digər ölkələrlə də azad ticarət sazişləri mövcuddur", – deyə nazir müavini bildirib.

S.Bəşirli əlavə edib ki, 1995-ci ildən indiyədək Azərbaycan ilə TDT-yə üzv dövlətlər arasında qarşılıqlı investisiyaların ümumi həcmi 40 milyard ABŞ dollarına yaxınlaşıb.

Onun sözlərinə görə, investisiya əməkdaşlığının daha da təşviqi məqsədilə ümumi kapitalı 600 milyon ABŞ dolları olan Türk İnvestisiya Fondu yaradılıb. Eyni zamanda Azərbaycan Özbəkistan, Qırğızıstan və Qazaxıstanla birgə ikitərəfli investisiya fondları təsis edib və həmin fondlar uğurla fəaliyyət göstərir, nazirin müavini əlavə edib.

Oxşar xəbərlər

Elnur Bağırov: "Türk dövlətləri rəqabət siyasətində koordinasiyanı gücləndirməlidir"
Şuşada TDT-nin rəqabət qurumları rəhbərlərinin 3-cü iclası və Rəqabət Forumu keçirilir
Murat Yaman: “TDT-yə üzv ölkələr arasında ticarət dövriyyəsi aşağıdır”
TDT ölkələrinə yatırılan xarici birbaşa investisiyaların həcmi açıqlanıb
Elnur Əliyev: “Azərbaycanın ECO ölkələri ilə ticarət dövriyyəsi 3,5 milyard dollara çatıb”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər