İslam İnkişaf Bankı innovativ maliyyələşmə üçün əsas prioritetləri açıqlayıb
Dayanıqlı inkişafın maliyyələşdirilməsi üçün dörd əsas istiqamət vacibdir.
"APA-Economics" xəbər verir ki, bunu İslam İnkişaf Bankı Qrupunun PGARM direktoru Seyid Hüseyn Qədri Bakıda keçirilən İslam İnkişaf Bankının İllik Toplantıları çərçivəsində “8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu: Dayanıqlı inkişaf üçün innovativ maliyyələşmə – yardım və ənənəvi Rəsmi İnkişaf Yardımının (ODA) hüdudlarından kənarda” mövzusunda təşkil olunan sessiyada bildirib.
"Birincisi, keyfiyyətli layihələr portfelinin formalaşdırılmasıdır. Əsas məsələ davamlı layihələr bazasının yaradılmasıdır. İkincisi, standartlaşdırmadır. Hazırda Kuala-Lumpurdakı investorla Londondakı investor eyni anlayış və təriflərdən istifadə etmir. Bu isə ciddi problemdir. Hətta London Fond Birjası və Beynəlxalq Kapital Bazarları Assosiasiyası ilə Yaşıl Sukuk prinsiplərinin uyğunlaşdırılması istiqamətində işləyərkən də bunun nə qədər vacib olduğunu gördük".
O əlavə edib ki, üçüncü istiqamət layihələrin yaradılması və sonradan bazara çıxarılmasıdır: "Burada çoxtərəfli inkişaf bankları və inkişaf maliyyə institutları özəl sektoru yalnız layihələrin hazırlanmasına deyil, həm də onların maliyyə bazarlarında yerləşdirilməsinə cəlb etməlidirlər. MDB-lərin borc alətləri ilə bağlı müzakirələr də məhz bununla bağlıdır. Nəhayət, dördüncü istiqamət qarışıq maliyyələşmə (blended finance) modelidir. Müxtəlif tərəfdaşlarla, müxtəlif institutlarla və müxtəlif səviyyələrdə əməkdaşlıq vacibdir. Buraya daxili resursların səfərbər olunması, regional maliyyələşmə imkanları, xeyriyyə fondları, zəkat və digər maliyyə alətlərinin cəlb edilməsi daxildir".
O vurğulayıb ki, bütün bu elementlərin birlikdə tətbiqi bizə gələcəyə daha nikbin baxmağa imkan verə bilər: "Ümid edirəm ki, bu yanaşmalar qarşıdakı dövrdə mühüm nəticələr verəcək".
Oxşar xəbərlər
Nazir müşaviri: SDG-lərin maliyyə boşluğu illik 4 trilyon dollara çatıb
Hüseyn Hüseynov: SDG-lərin yalnız 17 faizi hazırda hədəf üzrə icra olunur
Mərkəzi Bank: Yaşıl maliyyə taksonomiyası beynəlxalq kapital axınlarını gücləndirəcək
Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları başlayıb - FOTO
Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları öz işinə başlayıb - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiyanın hərbi təyyarəsi İrkutsk yaxınlığında qəzaya uğrayıb
-
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib - YENİLƏNİB
-
AYNA: Bakıda daha 7 ünvanda tibb müəssisələrinə gələnlərə rahat şərait yaradılıb
-
Zakir Həsənov Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
-
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb
