Səncar Nosirov: "Azərbaycanla lisenziyalaşdırma və prudensial tənzimləmə üzrə yeni razılaşmalar gözlənilir" - EKSKLÜZİV
Azərbaycan və Özbəkistanın mərkəzi bankları İslam maliyyəsinin tənzimlənməsi sahəsində əməkdaşlığın inkişafını müzakirə edir.
Bu barədə "Sizinxeber.az"un Daşkəndə ezam olunmuş əməkdaşına Özbəkistan Mərkəzi Bankının sədr müavini Səncar Nosirov Daşkənd İnvestisiya Forumunun kuluarlarında bildirib.
"Azərbaycan tərəfi İslam maliyyəsinin tənzimlənməsinin öyrənilməsinə fəal maraq göstərir və bu istiqamətdə işlər davam etdirilir", - o qeyd edib.
S.Nosirovun sözlərinə görə, Özbəkistan və Azərbaycan maliyyə sektorunun tənzimlənməsinin bir sıra istiqamətləri üzrə qarşılıqlı fəaliyyət göstərir: "Biz Azərbaycanın tənzimləyici orqanı (Mərkəzi Bank - red.) ilə bir neçə məsələ üzrə - təkcə makroprudensial siyasət deyil, həm də prudensial tənzimləmə, lisenziyalaşdırma və digər istiqamətlərdə əməkdaşlıq edirik".
O əlavə edib ki, müzakirələr iki ölkənin aidiyyəti komandalarının iştirakı ilə müxtəlif platformalarda, o cümlədən Özbəkistan bazarına daxil olan azərbaycanlı investorların lisenziyalaşdırılması məsələləri üzrə aparılır: "Ola bilsin ki, siz bu forumda (Daşkənd İnvestisiya Forumunda - red.) lisenziyalaşdırma və prudensial tənzimləmə üzrə yeni razılaşmalar barədə məlumat əldə edə biləcəksiniz".
S.Nosirov bildirib ki, Özbəkistan Mərkəzi Bankı inflyasiyanın hədəflənməsi modelinin tətbiq olunduğunu elan edib: "Özbəkistan gələn ilin sonuna qədər hədəflənən inflyasiya səviyyəsinə - 5 %-ə çatmağı qarşısına məqsəd qoyub".
Oxşar xəbərlər
AMB: Bank sektorunun valyuta mövqeyi prudensial tələblər çərçivəsindədir
Azərbaycan və Özbəkistanın mərkəzi bankları təcrübə mübadiləsi edib
Azərbaycanda BOKT-lar üçün prudensial tənzimləmə qaydaları dəyişəcək
Şahin Mahmudzadə: "ESG və iqlim risklərinin prudensial çərçivəyə inteqrasiyası bu il tamamlanacaq"
Azərbaycan və ABŞ bank tənzimlənməsi üzrə ikinci dəfə danışıqlar aparacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiyanın hərbi təyyarəsi İrkutsk yaxınlığında qəzaya uğrayıb
-
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib - YENİLƏNİB
-
AYNA: Bakıda daha 7 ünvanda tibb müəssisələrinə gələnlərə rahat şərait yaradılıb
-
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb
-
Aİ və Ukrayna üzvlük danışıqlarına rəsmi start verib
