Azərbaycanın I yarımildə ixrac etdiyi neft məhsullarının həcmi açıqlanıb
sizinxeber.az xəbər saytı

Azərbaycanın I yarımildə ixrac etdiyi neft məhsullarının həcmi açıqlanıb


Bu ilin I yarısında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 281 min 691,7 ton həcmində neft məhsulları ixrac edib.

“Sizinxeber.az”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 140 milyon 756,9 min ABŞ dolları təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən neft məhsullarının həcmi 9,3 % , dəyəri isə 34,2 % azalıb.

Yanvar-iyun aylarında neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 1,1 % olub.

6 ayda Azərbaycan xarici ölkələrlə 24 milyard 400 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 12 milyard 878 milyon ABŞ dolları ixracın, 11 milyard 522 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,2 % az, idxal isə 29,9 % artıb.

Oxşar xəbərlər

Azərbaycanın ixrac etdiyi neft məhsullarının həcmi 16 %-dən çox artıb
Bu il Azərbaycan 14 milyon tondan çox neft ixrac edib
Bu il Azərbaycan 20 milyon tondan çox neft ixrac edib
Azərbaycan neft ixracını 9 %-ə yaxın artırıb
Azərbaycan I rübdə neft ixracını 7 %-dən çox artırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle