Elvin Məmmədxanov: "Azərbaycanın çövkən millisinin dünya çempionu olması böyük uğurdur"
Azərbaycanın kişilərdən ibarət çövkən millisinin Bakıda keçirilən II dünya çempionatının qalibi olması böyük uğurdur.
Bunu "Report"a açıqlamasında Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) baş katibinin birinci müavini Elvin Məmmədxanov deyib.
O, turnirə qatılan bütün komandaların yüksək səviyyədə mübarizə apardığını söyləyib:
"Bakıda keçirilən çövkən üzrə II dünya çempionatı yüksək səviyyədə təşkil olunmuşdu. Azərbaycan millisinin çempionluğu qeyd etməsi də federasiya tərəfindən böyük uğur kimi qiymətləndirilir. Turnirdə iştirak edən bütün komandalar yaxşı oyun nümayiş etdirdilər. Xüsusilə Çili millisi turnirin ən güclü kollektivlərindən biri kimi diqqət çəkdi və finala qədər inamlı çıxışla seçildi. Ümumiyyətlə, turnirə qatılan bütün komandalar yüksək hazırlıq səviyyəsi nümayiş etdirdilər və çövkənin beynəlxalq inkişafına töhfə verdilər".
ARAF rəsmisi gələcəkdə Binə Atçılıq Mərkəzində başqa yarışların təşkilinin planlaşdırıldığını söyləyib:
"Binə Atçılıq Mərkəzi kimi bir məkanda dünya çempionatı keçirilirsə, bu, həmin infrastrukturun beynəlxalq yarışların tələblərinə tam cavab verdiyini göstərir. Gələcəkdə də orada böyük turnirlərin təşkili nəzərdə tutulur. Planlaşdırılan tədbirlər barədə ictimaiyyətə ətraflı məlumat veriləcək".
Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatının finalında Çilini 3:0 hesabı ilə məğlub edərək yarışın qalibi adını qazanıb.
Oxşar xəbərlər
ARAF-ın baş katibi “dünyanın ən yaxşı ənənəvi idman təşkilatı” mükafatına layiq görülmələrinə münasibət bildirib
Çövkən üzrə Azərbaycan millisi dünya çempionatına Bakıda hazırlaşacaq
ARAF rəsmisi: "Çövkən yığmamızın Avropa çempionu olması milli kimliyimizin, tariximizin və mədəni irsimizin təntənəsidir"
Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatının təqvimi müəyyənləşib
Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatına qatılacaq bütün ölkələr dəqiqləşib - EKSKLÜZİV
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiyanın hərbi təyyarəsi İrkutsk yaxınlığında qəzaya uğrayıb
-
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib - YENİLƏNİB
-
AYNA: Bakıda daha 7 ünvanda tibb müəssisələrinə gələnlərə rahat şərait yaradılıb
-
Zakir Həsənov Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
-
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb
